Geomaqnit sahənin sakit rejimdə qalacağı gözlənilir

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 4-dən 6-dək kosmik hava durumunu açıqlayıb. Olaylar.az bildirir ki, geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub. Günəş fəallığı növbəti üç gün ərzində (fevralın 4-dən 6-dək) çox aşağı səviyyədə olacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 4-dən 6-dək kosmik hava durumunu açıqlayıb.

Olaylar.az bildirir ki, geomaqnit sahə son 24 saat ərzində nisbi sakit olub. Günəş fəallığı növbəti üç gün ərzində (fevralın 4-dən 6-dək) çox aşağı səviyyədə olacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksək səviyyədə qalacağı, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin nominal səviyyədə qalacağı, geomaqnit sahənin ümumən sakit rejimdə olacağı proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31