Gündəm

Dövlət proqramları ölkənin dayanıqlı və inkluziv inkişafını təmin edəcək

4 Fevral 2019 12:07

Eldəniz Səlimov: “Azərbaycan adlı sürət qatarını öz relsindən çıxarmaq mümkün olmayacaq”

Cəbhədən xəbər var

4 Fevral 2019 11:46

Deputat şirkətlərindən birini ləğv etdi – Daha ikisi var

2 Fevral 2019 23:59

“Xəzər-XXI Əsr” MMC könüllü ləğv olunduğunu elan edib. Bu şirkətin direktoru Milli Məclisin deputatı Elxan Süleymanovdur. “Xəzər-XXI Əsr” MMC (VÖEN 1800026701) 2003-cü ildə yaradılıb. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, Elxan Süleymanov daha iki şirkətə rəhbərlik edir: Azərbaycan-Bolqarıstan birgə müəssisəsi “Azbol” (VÖEN 1600387231) və “Aqroinkişaf” MMC (VÖEN 1800003871).

“Ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib” – Zakir Həsənov

2 Fevral 2019 23:53

“Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır” Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısında deyib. Ordumuzun döyüş qabiliyyətindən, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olmasından söz açan müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır.

"Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs edilib - saxta etiketə görə

2 Fevral 2019 23:45

“Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış: “Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.