Gündəm
Fevralın 5-nə manatın məzənnəsi
Ana stress vəziyyətində bu addımı atıb – Deputat
İsa Həbibbəyli: "Prezident minlərlə şəhid ailəsinə sevinc bəxş etdi"
"Azərbaycan Prezidenti İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmanı bu kateqoriyadan olan insanlara dövlət qayğısının daha bir nümunəsidir. Həm də, çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir". Bunu "Səs" qəzetinə açıqlamasında, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyevin şəhid ailələrinə 11 manat vəsaitin ödənilməsi barədə imzaladığ Fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onların mənzil və avtomobillərlə təmin olunması dövlət siyasətinin başlıca siyasi xəttidir: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın da, məhz şəhid ailələrinə şamil edilməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə, artıq ənənə halını alıb. Hər il Prezident İlham Əliyev Onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Prezident İlham Əliyev məcburi köçkünlərlə səmimi söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir".
Millət vəkili: "Prezident İlham Əliyev Azərbaycan gəncliyinə çox güvənir"
Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı millətini və dövlətini sevən hər kəs üçün örnək olmalıdır. Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Paşinyan peşəkar siyasətçi deyil"
AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrıldı
AMEA-nın Rəyasət Heyəti aparatının işlər idarəsi və Azad Həmkarlar İttifaqının birgə iclası keçirilib. Olaylar.az bildirir ki, iclasda işlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları" haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkil edilməsi məqsədilə qəbul olunduğunu, bununla əlaqədar AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsinin ayrıldığını bildirib.
“Kino klub”da növbəti görüş
“Kino klub” öz sevimli tamaşaçılarının dünya və milli kino inciləri ilə tanışlığını davam etdirir. Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan klubda növbəti görüş keçirilib. Olaylar.az bildirir ki, gecənin moderatoru Almaz Sultanzadə tamaşaçılara Azərbaycan kinosuna aid qısametrajlı bədii filmlər barədə danışıb. Sonra o, 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi olan “Biri var idi, biri yox” və “4.1 Şəhər motivləri” almanaxına daxil olan rejissor Cəfər Axundzadənin “Dmitrov küçəsi, 86” qısametrajlı bədii filmləri barədə maraqlı məlumatlar verib.
“Lady Sharm”ın rəhbərləri həbs edildi - “ Kitayski mal” qalmaqalı-FOTOLAR
Əflatun Amaşov: "Hər hansı bir qəzet iki min oxucuya çatmırsa..."
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qəzetlərə maliyyə dəstəyi ayırmaq üçün yeni şərtlərini açıqladı. KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur. Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar mart ayının sonunda veriləcək. Bu xəbərlər bəzi qəzetlərin tamamilə sıradan çıxması kimi təəssürat yaratdı.
Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın
Dağıdıcı ünsürlər həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar
“Paşinyanın Sorosla əlaqəsi...” – Politoloq
“Uşaqların sığınacaqda yerləşdirilməsini öz üzərimizə götürürük”
Şarmazanov: “Nikol getməlidir!”
Azərbaycan dövləti daima Gürcüstanda yaşayan azərbaycanlıları qoruyub
Zamanında da sözünü deyəcək Regionda maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artır, digər tərəfdən Azərbaycanın qonşu ölkələrində rəsmi Bakı ilə münasibətlərə xələl gətirməyə yönəlik cəhdlər edilir. Rusiyadan müəyyən zamanlarda Azərbaycan əleyhinə açıqlamaların verilməsi, Gürcüstanda Azərbaycana qarşı vuruşmuş erməni terrorçunun xatirəsinin əbədiləşdirilməsi və s. bunların bariz nümunəsidir. Baş verən proseslərlə bağlı “OLAYLAR”-a fikirlərini bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə İran ətrafında gedən proseslərə də toxunub.
.jpg)




.jpg)


.jpg)




.jpg)
.jpg)