Şarmazanov: “Nikol getməlidir!”
4 Fevral 2019 15:11 SiyasətPaşinyan dövlətə olan təhlükələr qarşısında dayana bilmək gücündə deyil. Bu barədə Ermənistanın Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov Facebook səhifəsində yazıb. O, iddia edib ki, Azərbaycan müharibəyə hazırlaşır. "Azərbaycan müharibəyə hazırlaşır, Nikolun hakimiyyəti isə "Artsax qəhrəmanlarını" diskreditə edir", deyə yazan Şarmazanov eyni zamanda, "pantürkçülüyün" artdığını, Paşinyanın isə cəmiyyəti inqilabçılara və əks-inqilabçılara böldüyünü bildirib.
Şarmazanov onu da yazıb ki, keçmiş hakimiyyəti diskreditə edən Nikol Paşinyan həmçinin, dövlətçiliyə zərər vuran bəyanatlar səsləndirir. "İnqilab komitəsi stili bölücülük xətti tutur və başqalarının fikirlərinə qulaq asılmır, bu isə bizim dövlətçiliyimizə baha başa otura bilər", deyə Respublika partiyasının mətbuat katibi yazıb. "Hakimiyyət, o cümlədən dövlət oyuncaq deyil ki, onu hansı tərəfə istəsən çəkəsən. Mövcud vasitənin davam edəcəyi halda, yalnız bir çıxış yolu var və bu yol Nikolun tez bir zamanda istefa verməsidir"
SİA