Gündəm

“Google Inbox” poçt xidməti  bağlanacaq

21 Mart 2019 10:47

"Google" şirkətinin "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırması xəbəri hələ ötən ilin payızında məlum idi. O vaxt məlumat verilmişdi ki, sözügedən xidmətin işi 2019-cu ilin martında dayandırılacaq, ancaq "Google" bu müddəti bir qədər uzadıb.

Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü - Meksika paytaxtında

21 Mart 2019 10:39

Meksikanın paytaxtının mərkəzində yerləşən, şəhər sakinləri və Mexikoya gələn çoxsaylı turistlər arasında şəhərin ən populyar Linkoln parkında ölkəmizin Meksikada Səfirliyinin təşkilatçılığı və Mexiko şəhəri Hökuməti Migel Hidalqo Bələdiyyəsinin dəstəyi ilə “Novruz Bayramı və Azərbaycan mədəniyyəti Günü” təntənəli şəkildə keçirilib.

Vaşinqtonda Azərbaycan məktəbində Novruz bayramı 

21 Mart 2019 10:34

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbində növbəti Novruz bayramı tədbiri keçirilmişdir. Olaylar.az bildirir ki, bayram günü tədbirində məktəbin şagirdləri və müəllim heyəti ilə yanaşı valideynlər və digər qonaqlar da iştirak etmişdir.

Məşhurlar Novruz şənliyində

19 Mart 2019 16:17

Martın 19-da Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Xətai rayonunda Novruz Bayramına həsr olunmuş bayram şənliyi keçirilib. Olaylar.az bildirir ki, bayramın əsas qəhrəmanları Bahar qızı, Keçəl, Kosa və Dədə Qorqudun iştirakı konsertə xüsusi rəng qatıb. Adət-ənənəyə uyğun olaraq bayram tonqalı qalanıb.

Multikultural Novruz bayramı

19 Mart 2019 16:01

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. Olaylar.az bildirir ki, universitetin dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri və səfirlik nümayəndələri iştirak edib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqları salamlayıb, onları bayram tədbirində görməkdən məmnun olduğunu deyib.

100 yaşlı BDU “DOST Xonçası”na 100 xonça ilə qoşuldu

19 Mart 2019 15:58

Bakı Dövlət Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə “DOST Xonçası” adlı bayramlaşma kampaniyasına qoşulub. Olaylar.az bildirir ki, 100 illik yubileyi ərəfəsində olan Bakı Dövlət Universiteti tənha ahıl, yaşlı insanları ziyarət etmək, bayramlaşmaq, cəmiyyətdə onlara diqqət və qayğını təşviq etmək məqsədilə aparılan kampaniyaya 100 xonça ilə qatılıb.

Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub

19 Mart 2019 14:48

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb. Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib:

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

19 Mart 2019 14:14

2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Mədəniyyət naziri Novruz bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

19 Mart 2019 11:40

“Novruz bayramı Azərbaycan xalqının əsrlərdir eyni sevgi və coşqu ilə qeyd etdiyi yeganə bayramdır. Bu bayram xalqımızın ana təbiətə, əməyə, birliyə, bərabərliyə olan rəğbətinin göstəricisidir. Novruz həm də çoxmillətli ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, birliyini nümayiş etdirən, çağımızda da əhəmiyyətini itirməyən ideyalar məcmusudur”.

“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi 

19 Mart 2019 10:52

Martın 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yurdumuza Bahar Gəlir”  adlı respublika uşaq rəsm müsabiqəsinin 12  yaşa  qədər   uşaqlar   arasında  olan  hissəsi   çatmışdır.

Ruhani: İran ABŞ-ı məhkəməyə verməlidir

19 Mart 2019 10:41

İran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib. H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib. İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:

Məşhur amerikalı sənətçi İslamı qəbul etdi - Evində Türkiyənin bayrağını asacaq

19 Mart 2019 10:33

Maykl Cekson və Uitni Hyuston başda olmaq üzrə bir çox görkəmli sənətkarın vokalistliyini edən amerikalı artist Della Miles islamı qəbul edib. Məşhur bir sıra konsert görüşməsi üçün İstanbula gəlib. Türkiyə və türk insanına olan heyranlığını hər fürsətdə dilə gətirən ifaçı Sultanəhməd Məscidi və arxitekturasına heyran qalıb. Tarixi abidələri ziyarət etdikdən sonra alış-veriş edən Miles evinə asmaq üçün Türk bayrağı alıb. Xoşbəxt anlarını sosial media hesablarından da bölüşən Della Miles “Eşhedü ən la ilahə illəllah və eşhedü enna Muhammeden abdühü və resulühü” yazaraq böyük bir sürpriz edib.

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO - FOTO

19 Mart 2019 10:22

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni çəkilən filmdə baş rollardan birini ifa edib. Bu barədə Olaylar.az -a filminin rejissoru Ramil Adiloğlu məlumat verib. O, bildirib ki, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib:

Perunun keçmiş prezidenti ABŞ-da saxlanıldı

19 Mart 2019 10:20

ABŞ polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb. Hadisə Kaliforniyada baş verib. Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş dövlət rəhbərini restoranda saxlayıblar. Buna səbəb kimi onun sərxoş olduğu göstərilir.

“Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda konfrans keçiriləcək

19 Mart 2019 10:14

Martın 28-də AMEA-nın Memarlq və İncəsənət İnstitutu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə  “Azərbaycan incəsənətində Cəfər Cabbarlı fenomeni” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək.