Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
19 Mart 2019 14:14 Sosial2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-i Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31