Gündəm

Hüseynağa Sadıqovun 105 illiyi qeyd edildi

19 Mart 2019 10:04

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

“iPad Air” və “iPad Mini” planşetləri nümayiş edilib

19 Mart 2019 09:58

“Apple” şirkəti “iPad Air” və “iPad Mini” planşetlərinin yeni modellərini təqdim edib. Bu barədə şirkətin saytında deyilir. Yenilənmiş “iPad Air” 10,5 düym diaqonallı (26,6 sm) “Retina” ekran, sonuncu nəsil “A12 Bionic” prosessor və displeydə təsviri istənilən şəraitdə gözlər üçün daha təbii və rahat göstərməyə imkan verən “True Tone” texnologiyalı yeni ekranla təchiz edilib.

İlkin Həsəni qızına ad günü etdi - Fotolar

19 Mart 2019 09:57

Aparıcı İlkin Həsəni qızı Alisanın doğum gününü təmtəraqlı şəkildə qeyd edib. Aparıcının qızının bir yaşına Afaq Gəncəli, Kəmalə Piriyeva, “Bozbash Pictures” komandası və başqa məşhurlar qatılıb.

Ərdoğandan Yeni Zelandiya terrorçusu barədə ŞOK SÖZLƏR: Onun manifest yazması...

19 Mart 2019 09:54

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantla bağlı sensasion sözlər deyib. “Kanal 7” və “Ölkə TV”nin ortaq yayımının qonağı olan prezident hücumun şəxsi deyil, təşkilatlı bir bir hücum olduğunu vurğulayıb. Terrorçunun Yutubda yaydığı 74 səhifəlik qondarma manifestə toxunan Ərdoğanun sözlərinə görə¸ onun belə bir manifest yazması mümkün deyil.

Nazir media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görüldü

19 Mart 2019 09:53

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub

18 Mart 2019 17:48

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bədii film ssenariləri müsabiqəsinin formatını və miqyasını genişləndirmək, daha çox kinematoqrafçının iştirakı təmin etmək məqsədilə müsabiqədə iştirakla bağlı şərtlərə bəzi əlavələr edilmişdir:

Rektor Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

18 Mart 2019 17:28

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb.

"Dünya palçıq vulkanları atlası" "Web of Science" bazasına daxil olub

18 Mart 2019 17:19

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin baş redaktoru olduğu "Dünya palçıq vulkanları atlası" “Web of Science Core Collection” bazasının kitab istinad indeksi kateqoriyasında geokimya, geofizika və geologiya tədqiqat sahəsi üzrə indeksləşib.

BDU-nun 100 illik yubileyi Qara Dəniz Universitetləri Şəbəkəsində qeyd ediləcək

18 Mart 2019 17:14

VII Qlobal Bakı Forumunda iştirak edən İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru George Şarvaşidze, Kliment Ohridski adına Sofiya Universitetinin rektoru Anastas Gerdjikov, Buxarest Universitetinin prorektoru Sorin Kostrea və Qara Dəniz Universitetləri Şəbəkəsinin baş katibi Eden Mamut Bakı Dövlət Universitetində olublar.

Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı

18 Mart 2019 17:05

Martın 18-də Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir; 1901-1979) vəfatının 40 ili tamam olur. Olaylar.az bildirir ki, bu münasibətlə millət vəkilləri, musiqi ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər. Xanəndənin məzarı önünə tər çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad olundu.

Mədəniyyət naziri maraqlı açıqlamalarla çıxış etdi

18 Mart 2019 16:57

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 17-də “Xəzər” Televiziyasında “Gündəm” proqramının qonağı olub. Proqramda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü, eləcə də son illərdə mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub.

Pirallahı rayonunda bayram şənliyi

18 Mart 2019 16:54

Martın 18-i Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Pirallahı rayonunda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Novruz bayramı və Bahar fəslinin gəlişi” münasibətilə bayram şənliyi keçirilib.

"ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü - Bayram günlərində

18 Mart 2019 15:29

Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq. Olaylar.az bildirir ki, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.

"Testene Art Baku" III Beynəlxalq İncəsənət festivalı – Qala konsert

18 Mart 2019 15:28

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival - müsabiqə qaliblərinin mükafatlandırılması və Qala konserti keçirilib. Olaylar.az bildirir ki, festival - müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre (Moskva), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Lüdmila Sinyaqovsakaya (Sankt Peterburq),İzdenova Bibigül (Qazaxıstan), Fyodorova Gülnara (Moskva), Ağaverdi Paşayevdən (Bakı) ibarət münsiflər heyətini təqdim edib.