Hüseynağa Sadıqovun 105 illiyi qeyd edildi
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
19 Mart 2019 10:04 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri İlham Namiq Kamal, Şamil Süleymanov, Əməkdar artistlər Suğra Bağırova, Sabir Məmmədov və başqaları çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər təqdim edilib.
Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.