Gündəm
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin növbəti əfv Sərəncamı humanizmin daha bir təzahürüdür
“Demokratik dəyərlərə sadiqlik, insan hüquq və azadlıqlarının qorunması üçün mükəmməl qanunvericilik bazasının yaradılması hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən dövlətimizin siyasətinin prioritetləri sırasındadır. Demokratiya təcrübəsi dünyaya nümunə olan Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi beynəlxalq aləmdə də yüksək dəyərləndirilir, 1995-ci ildən bəri imzalanan əfv sərəncamları və qəbul olunan amnistiya aktları demokratiyanın inkişafına xidmət edən mühüm addım kimi şərh olunur. Ümumilikdə atılan hər bir addım insan amilinə verilən dəyərin aydın ifadəsidir”. Bu fikirləri Olaylar.az –a YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv Sərəncamını şərh edərkən bildirib.
Akademik Musiqili Teatrında “Paris Notr-Dam kilsəsi”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müziklın məşqlərinə başlayacaq. Olaylar.az bildirir ki, Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.
“Ley Fen ilə ümumxalq tədris günü” - Konfutsi İnstitutunda
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Ley Fen ilə ümumxalq tədris günü”nə həsr olunmuş “Çinli gənclərin vətənpərvərlik tərbiyəsində qəhrəman obrazı” adlı tələbə seminarı keçirilib.
Bülbülün Memorial Muzeyində Nəsiminin yubileyi qeyd edilib
Bülbülün Memorial Muzeyində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib. Olaylar.az bildirir ki, tədbirdə muzeyin fond müdiri Nigar İsgəndərova Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq bununla bağlı ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyib.
Pentaqon Suriyada min hərbçi saxlayacaq? – RƏSMİ BƏYANAT
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar rəisi, general Cozef Danford Suriyada minə yaxın hərbçinin saxlanılması ilə bağlı Pentaqonun planları haqqında KİV-in xəbərlərini təkzib edib. Bu haqda Pentaqonun mətbuat xidmətinin yaydığı Danfordun bəyanatında deyilir.
Nəsiminin qəzəlləri “Qəzəllər” layihəsində səslənəcək
Martın 27 də saat 20:00 da Beynəlxalq Muğam Mərkəzində, “Qəzəllər” layihəsi çərçivəsində,böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçiriləcək. Olaylar.az bildirir ki, gecədə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyevin ifasında “Zabul segah” dəsgahı səslənəcək.
Fişinq hücumlarının sayı 2 dəfə yüksəlib
"Kasperski Laboratoriyası"nın məlumatına görə, 2018-ci ilin yekununa görə dünyada fişinq hücumlarının sayı təxminən 500 milyon olub. 2017-ci illə müqayisədə bu göstərici 2 dəfə yüksəlib.
“Laçında xalq oyunları və meydan tamaşaları” kitabı təqdim edildi
Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon 37 nömrəli tam orta məktəbdə ADMİU-nun Teatrşünaslıq kafedrasının tələbəsi Vüsalə Musazadənin “Laçında xalq oyunları və meydan tamaşaları” adlı kitabının təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi çərçivəsində nəşr edilmiş kitabda, hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Laçın rayonunda xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları haqqında məlumatlar əks olunub.
Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı təqdimat
Braziliya Xarici əlaqələr nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib. Olaylar.az bildirir ki, təqdimat zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının diplomatik xidməti, xarici siyasəti, müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikasının üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılmasında, eləcədə Azərbaycan dövlətçiliyinin quruluşundakı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti haqqında ətraflı məlumat vermişdir.
В Центре мугама прошел замечательный концерт в рамках образовательной программы "Узнаем нашу страну"
B Международном центре мугама состоялся концерт для школьников из Нахичеванской Автономной Республики, организованный в рамках образовательной акции "Узнаем нашу страну ".
Bakıda Dron Olimpiadası keçiriləcək
Cari il mart ayının 30-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və “RoboPark”-ın tərəfdaşlığı ilə Azərbaycan Robotexnika Mühəndislik Akademiyası (AREA) tərəfindən Sabis Sun Beynəlxalq Məktəbində Dron Olimpiadası keçiriləcək.
Estoniya Brüsselin miqrant siyasətindən imtina edir
Estoniyada qurulacaq koalisiya hökuməti Avropa İttifaqının miqrantlarla bağlı kvotalarından imtina edə bilər. Bu barədə yerli mətbuata açıqlamasında EKRE partiyasının sədr müavini Martin Helme bildirib.
“Ölkəmizi tanıyaq” maarifləndirici proqram - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının aksiyası çərçivəsində konsert proqramı təşkil olunub. Olaylar.az bildirir ki, “Ölkəmizi tanıyaq” layihəsinin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
İlkin Həsəni qızının çətin günündən foto paylaşdı
Bu gün aparıcı və aktyor İlkin Həsənin qızı Alisanın bir yaşı tamam olur. Aparıcı bu münasibətlə sosial media hesabında paylaşım edərək, hisslərini dilə gətirib:
Metroda qatarlar toqquşdu, xəsarət alanlar var
Honkonq metrosunda iki qatarın toqquşması nəticəsində maşinistlər xəsarət alıb. Boş qatarlar "qırmızı" xətdə "Sentral" stansiyası yaxınlığında toqquşub. Qəza yeni siqnal sisteminin test edilməsi zamanı baş verib.













