İlkin Həsəni qızının çətin günündən foto paylaşdı
Bu gün aparıcı və aktyor İlkin Həsənin qızı Alisanın bir yaşı tamam olur. Aparıcı bu münasibətlə sosial media hesabında paylaşım edərək, hisslərini dilə gətirib:
18 Mart 2019 10:04 MədəniyyətBu gün aparıcı və aktyor İlkin Həsənin qızı Alisanın bir yaşı tamam olur. Aparıcı bu münasibətlə sosial media hesabında paylaşım edərək, hisslərini dilə gətirib:
"Düz 1 il öncə həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı. Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı "küvez"dən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kiloqram 800 qramlıq bir möcüzəyə baxırdı. Görəsən, necə olacaq fikirləri ilə üz-üzə idim. İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür, 1 yaşın mübarək, qızım.
P.S. Bu foto isə həkimlərin "narahat olmayın, hər şey yaxşı olacaq" dedikdən sonra çəkilib. Yaşadığım ən gözəl anları isə balaca möcüzə gözləyən bütün ailələrə arzulayıram!".
Qeyd edək ki, İlkin Həsəni Aysel adlı xanımla 2017-ci ildə ailə qurub.