“Laçında xalq oyunları və meydan tamaşaları” kitabı  təqdim edildi

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon 37 nömrəli tam orta məktəbdə ADMİU-nun Teatrşünaslıq kafedrasının tələbəsi Vüsalə Musazadənin “Laçında xalq oyunları və meydan tamaşaları” adlı kitabının təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan “Laçında xalq oyunları və meydan tamaşaları” layihəsi çərçivəsində nəşr edilmiş kitabda, hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Laçın rayonunda xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları haqqında məlumatlar əks olunub.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşən Laçın rayon 37 nömrəli tam orta məktəbdə ADMİU-nun Teatrşünaslıq kafedrasının tələbəsi Vüsalə Musazadənin "Laçında xalq oyunları və meydan tamaşaları" adlı kitabının təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qaliblərindən olan "Laçında xalq oyunları və meydan tamaşaları" layihəsi çərçivəsində nəşr edilmiş kitabda, hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Laçın rayonunda xalqımızın adət-ənənələrini, etnoqrafiyasını özündə yaşadan xalq oyun və meydan tamaşaları haqqında məlumatlar əks olunub.

İctimaiyyət nümayəndələrinin, ziyalıların, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi mərasimdə layihənin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin tələbəsi Vüsalə Musazadə çıxış edərək, layihə və kitab haqqında geniş məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Laçın rayonu ərazisində oynanılmış xalq oyun və tamaşaları haqqında məlumatları ictimaiyyətə, xüsusən də gənc nəslə çatdırmaqdır.

"Azərbaycanın folklor xəritəsində Qarabağda xalq oyunları və meydan tamaşaları aparıcı yer tutur. Kitabda toplanan oyunların əksər hissəsi uşaqlara aid olsa da, təəssüf ki, bu gün məktəblilərin çoxunun onlardan xəbəri yoxdur. Əsas məqsəd də tarixi çox qədimlərə gedib çıxan bu folklor nümunələrini yaşatmaqdır", - deyə Vüsalə Musazadə qeyd edib.

Tədbirin sonunda kitabla bağlı fikir mübadiləsi aparılıb, iştirakçılara "Laçında xalq oyunları və meydan tamaşaları" kitabı və eyniadlı buklet təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31