Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı təqdimat

Braziliya Xarici əlaqələr nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib. Olaylar.az bildirir ki, təqdimat zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının diplomatik xidməti, xarici siyasəti, müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikasının üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılmasında, eləcədə Azərbaycan dövlətçiliyinin quruluşundakı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti haqqında ətraflı məlumat vermişdir.

Braziliya Xarici əlaqələr nazirliyinin Rio Branko İnstitutunda, Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının yüz illiyi ilə bağlı, səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib.

Olaylar.az bildirir ki, təqdimat zamanı səfir Elxan Poluxov, Azərbaycan Respublikasının diplomatik xidməti, xarici siyasəti, müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikasının üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılmasında, eləcədə Azərbaycan dövlətçiliyinin quruluşundakı Ulu Öndər Heydər Əliyevin əvəzedilməz rolu və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti haqqında ətraflı məlumat vermişdir.

Bundan başqa, təqdimatda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regiondakı və dünyadakı rolu, ölkəmizin iqtisadi inkişafı işıqlandırılmış və tədbirin sonunda, səfir Elxan Poluxov tərəfindən institutda təhsil alan Braziliyalı və xarici diplomatların suallarını cavablandırmışdır.

Tədbirdə, Braziliya Xarici əlaqələr nazirliyi nəzdində fəaliyyət göstərən Rio Branko İnstitutunun direktoru, səfir Gisela Podovanda iştirak etmişdir.

Qeyd edilməlidir ki, səfirlik tərəfindən hazırlanmış, Azərbaycan haqqında müxtəlif mövzulardakı kitablar, jurnallar, bukletlər, eləcədə müxtəlif hədiyyələr tədbir iştirakçılarına təqdim edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31