Nəsiminin qəzəlləri “Qəzəllər” layihəsində səslənəcək

Martın 27 də saat 20:00 da  Beynəlxalq Muğam Mərkəzində, “Qəzəllər” layihəsi çərçivəsində,böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçiriləcək. Olaylar.az bildirir ki, gecədə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyevin ifasında  “Zabul segah” dəsgahı səslənəcək.

Martın 27 də saat 20:00 da  Beynəlxalq Muğam Mərkəzində, "Qəzəllər" layihəsi çərçivəsində,böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçiriləcək.

Olaylar.az bildirir ki, gecədə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyevin ifasında  "Zabul segah" dəsgahı səslənəcək.

Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov  müşayiət edəcəklər.

Beynəlxalq Muğam Mərkəzinin yeni "Qəzəllər" layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31