Akademik Musiqili Teatrında “Paris Notr-Dam kilsəsi”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müziklın məşqlərinə başlayacaq. Olaylar.az bildirir ki, Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.
18 Mart 2019 14:49 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti bu dəfə dünya şöhrətli fransız yazıçısı, böyük dramaturq, şair, publisist Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müziklın məşqlərinə başlayacaq.
Olaylar.az bildirir ki, Akademik Musiqili Teatrının yeni layihəsi olan tamaşada təkcə Riccardo Konççantenin deyil, Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın və Alman bəstəkarı Carl Orffun musiqilərindən də istifadə olunacaq.
Əsərdə Esmeralda, Kvazimodo, Keşiş, Qrequar, Təlxək, Culyan Qoşer (Baş Nazir), Lüdovik, Qaraçı qadın, Qaraçı oğlan obrazlarını Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər - Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar - Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev, Elnarə Nağdəliyeva ifa edəcəklər.
Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər - Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.