Gündəm

Muğam Mərkəzində beynelxalq konfrans 

18 Mart 2019 10:00

Beynəlxalq Muğam Mərkəzində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, tədbir Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

Kamal Abdulla Kanada nümayəndə heyəti ilə görüşüb

15 Mart 2019 16:34

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Kanadanın Almaniyadakı səfiri, həmçinin Avropa İttifaqı və Avropadakı xüsusi nümayəndəsi Stefan Dion, bu ölkənin Türkiyə, Azərbaycan, Gürcüstan və Türkmənistandakı səfiri Kristofer Kuperlə görüşüb. Rəsmi qonaqları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirən rektor qeyd edib ki, nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan və Kanada arasında olan əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

Vüqar Rəhimzadə: VII Qlobal Bakı Forumu Azərbaycanın multikulturalizm ənənələrinin uğurlu təqdimatıdır

15 Mart 2019 16:32

«Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin yerləşdiyi coğrafi məkan xalqlar, dövlətlər arasında birlik, həmrəylik körpüsünün formalaşmasında və möhkəmlənməsində stimulverici amil rolunu şərtləndirir. Bu günün reallıqlarına diqqət yetirdikdə bu mühüm məqam da özünü qabarıq şəkildə büruzə verir ki, bütün səylər təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib». Bu fikirləri Olaylar.az-a YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə VII Qlobal Bakı Forumu ilə bağlı KİV-ə açıqlamasında bildirib.

“Tərcümə problemləri” mövzusunda respublika elmi – praktik konfrans

15 Mart 2019 16:28

Martın 15-də Azərbaycan Dillər Universitetində Tərcümə fakültəsinin təşkilatçılığı ilə “Tərcümə problemləri” mövzusunda respublika elmi–praktik konfransının açılışı keçirilib. Konfransı giriş sözü ilə açan ADU-nun rektoru akademik Kamal Abdulla  iştirakçıları salamlayıb və konfransın vacibliyindən söz açıb. Rektor həm bədii əsərlərin, həm də elmi əsərlərin tərcüməsi ilə bağlı çox aktual və rəngarəng mövzulu yanaşmaların olduğunu diqqətə çatdırıb:

“Milli geyimlər və folklor” adlı virtual görüş

15 Mart 2019 15:10

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Kitabxanasında reallaşıb.