Gündəm

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda "Mən Bəşəriyyətə Gərəyəm!" 

15 Mart 2019 15:09

Bakı şəhər 3 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda dahi mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yaradıcılığına həsr olunmuş "Mən Bəşəriyyətə Gərəyəm!" adlı tədbir keçirilmişdir.

Bu gün müasir insan nəyi harada və necə istifadə edəcəyini bilmir

15 Mart 2019 14:34

Nəcəf Allahverdiyev: “İnsan dəyişikliyi üçün tək bilgi kifayət etmir” Olaylar.az “Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyevi ilə olan müsahibəni təqdim edir.

“Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti  nümayiş ediləcək

15 Mart 2019 14:13

Aprelin 11-də və 12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda “Min bir gecə” baleti nümayiş ediləcək. Olaylar.az bildirir ki, Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin, Rusiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilati dəstəyi ilə səhnələşdirilən baletin musiqisi dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirova, səhnə tərtibatı dünyaca məşhur görkəmli rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur.

“Facebook” servislərində qlobal nasazlıq olub

15 Mart 2019 13:09

Martın 13-də “Facebook” servislərində qlobal nasazlıq yaranıb. Bu barədə populyar internet saytlarının fəaliyyətini izləyən “Downdetector” resursunun məlumatında deyilir. “Facebook” sosial şəbəkəsinin işində problemlər ABŞ-ın Şərq sahili vaxtı ilə saat 11:56-da qeydə alınıb, “Instagram” servisində isə saat 12:01-də başlayıb. İstifadəçilər sosial şəbəkə saytlarına daxil olmaq imkanından məhrum olmaqdan, məlumatlar lentinin yenilənməsi ilə bağlı problemlərdən, eləcə də fərdi məlumatlarda faylların göndərilməsi zamanı nasazlıqlardan şikayət ediblər.

Həftəsonu Musiqili Teatrda 

15 Mart 2019 13:07

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu beş tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, teatr martın 15-də saat 19:00-da “Bir dəfə Bağdadda”, 16-da saat 14:00-da “O olmasın, bu olsun”, həmin gün saat 19:00-da “Qodonun intizarında”, 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” tamaşaları göstəriləcək.

Almodovardan yeni film - “İztirab və şöhrət”

15 Mart 2019 12:55

Martın 22-də İspan kinosunun dünyəvi kinorejissorluğunun paklıq və azadlıq simvollarını özündə cəmləyən “İztirab və şöhrət” filmi nümayiş olunacaq. Filmin rejissoru və ssenari müəllifi Pedro Almodovardır. Baş rolları Antonio Banderas, Penelope Kruz və Culiyeta Serrano canlandırıblar.

Bədii film ssenariləri müsabiqəsi elan olunur

15 Mart 2019 12:41

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bədii film ssenariləri müsabiqəsi elan olunur.  Olaylar.az müsabiqədə iştirak etmək istəyən şəxslər üçün şərtləri təqdim edir:

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının növbəti Baş Assambleyası Yunanıstanda keçirilir

15 Mart 2019 12:38

Yunanıstanın Loutra Pozar şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir. Olaylar.az bildirir ki, iclasda Afyon (Türkiyə), Ladek Zdroj (Polşa), Istiea (Yunanıstan), Clermont-Auvergne Métropole (Fransa), Archena (İspaniya), Baden Bei Wien (Avstriya), Monchique və Luso (Portuqaliya) şəhərləri Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına bərabərhüquqlu üzv kimi qəbul olunması haqqında qərar verilmişdir.

BƏƏ Uşaqlar Günü

15 Mart 2019 12:33

Martın 15-də Birləşmiş Ərəb Əmirliklərində Uşaqlar Günü qeyd edilir. Olaylar.az bildirir ki, məqsəd, hər kəsin BƏƏ tərəfindən imzalanmış beynəlxalq konvensiyalar və BƏƏ Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nahyan tərəfindən 2016-cı ildə yaradılmış "Wadeema" Uşaq Hüquqları Qanunvericiliyi ilə tənzimlənmiş uşaq hüquqları ilə bağlı məlumatnı artırmaqdır.

İki ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ

15 Mart 2019 10:56

Vüqar Rəhimzadə: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa səfəri əlaqələrin inkişafına böyük töhfədir “Xarici siyasətində Avropaya inteqrasiyaya xüsusi önəm verən Azərbaycanın ikitərəfli əməkdaşlıqların inkişafı istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlər hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır.

“Windows” sistemində boşluq

15 Mart 2019 10:51

"Kasperski laboratoriyası" “Windows” əməliyyat sistemində naməlum boşluq aşkar edib. Şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya “qurban”ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.

"Nazpəri efirdən kənarda qalıb soldu" -  Zaur

15 Mart 2019 10:46

Aparıcı Zaur Kamalın "5/5" verilişində dediyi sözlər müzakirəyə səbəb olub.  O, xalq artisti Nazpəri Dostəliyevaya söz atıb.  "Nazpəri Dostəliyeva neçə il efirdən uzaq qaldı, necə soldu gördünüz. Sonra efirə gələndən sonra qalxdı" ifadələrini işlədib. 

Mədəniyyətdə könüllülük hərəkatı

15 Mart 2019 10:35

Ölkə rəhbərliyinin təşəbbüsü və xüsusi diqqəti sayəsində respublikamızda son illərdə könüllülük fəaliyyəti sürətli inkişaf mərhələsini yaşamaqdadır.  Mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Prodüser Təranə Səmədovadan xəbər var

15 Mart 2019 10:29

İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədova barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb. Ali Məhkəmədə keçiriləcək iclası aprelin 9-na təyin edilib. Kassasiya şikayəti hakim Fərhad Kərimovun sədrliyi ilə araşdırılacaq. Prodüser barəsində bəraət hökmünün çıxarılmasını istəyir.