Gündəm
Muğam Mərkəzində beynəlxalq elmi seminar
Beynəlxalq Muğam Mərkəzində ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçirikləcək. Olaylar.az bildirir ki, tədbir zamanı Avstriyalı professor, alətşünas Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və xalq artisti, professor Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti keçiriləcəkdir.
Tariyel Qasımovun 80 illik yubileyi qeyd olunacaq
Martın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Tariel Qasımovun 80 illik yubiley gecəsi keçiriləcək. Olaylar.az bildirir ki, yubiley tədbirində aktyorun keçdiyi ömür və sənət yoluna nəzər salınacaq. Yaradıcılıq fəaliyyətinin böyük bir hissəsi Gənc Tamaşaçılar Teatrına aid olan sənətkarın bu teatr səhnəsində canlandırdığı unudulmaz qəhrəmanlardan söz açılacaq.
Türkiyə ilk ora HÜCUM EDƏCƏK: 4 milyon insan eyni anda...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin tərəfindən imzalanan, Suriya məsələsində “masadakı ən yaxşı kartlardan biri” kimi dəyərləndirilən İdlib razılaşması Əsəd rejiminin bölgəyə müdaxiləsindən sonra yeni bir böhrana sürüklənir. Milyonlarla dinc insanın köç dalğasına səbəb olması kimi tragedik bir vəziyyət yaranıb. Bununla yanaşı, Türkiyə üçün ciddi bir təhlükəsizlik riski meydana gəlib.
“Tanrıya 14 məktub” tamaşası təqdim ediləcək - Gənc Tamaşaçılar Teatrında
Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının ictimai baxışı olub. Tamaşanın premyerası isə 24 martda baş tutacaq.
“Google”un əməkdaşı Pi ədədinin hesablanması üzrə dünya rekorduna imza atıb
ABŞ-ın “Google” şirkətinin əməkdaşı Pi ədədinin hesablanması üzrə dəqiqliyə görə rekorda imza atıb. Məlumat üçün bildirək ki, Pi ədədi dairənin uzunluğunun diametrə nisbətindən alınan rəqəmdir. Bu haqda “Cloud.google.com” saytında məlumat verilib.
Əli Əmirlinin "Varlı qadın" pyesi Osetiya səhnəsində
Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında yaradıcılıq səfərində olub. Olaylar.az bildirir ki, o, Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrı səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesinə quruluş verib.
“Trubadur” operası nümayiş olunacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq. Olaylar.az bildirir ki, Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi əsas partiyalardan biri olan Qraf di Luna partiyasını ifa etmək üçün Moskvanın “Qelikon-opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət edib.
Akademik Musiqili Teatrda həftəsonu
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, teatr mart ayının 15-də saat 19:00-da "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski), 16-da saat 14:00-da “O olmasın, bu olsun" (Ü.Hacıbəyli), həmin gün saat 19:00-da “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), 17-də isə saat 19:00-da “Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva) əsərlərinı nümayiş etdirəcək.
Ədalət Vəliyevə 3-cü dərəcəli “Əmək” ordeni təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2019-cu il tarixli Sərəncamı ilə Ədalət Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 3- cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Olaylar.az bildirir ki, martın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev ordeni Ədalət Vəliyevə təqdim etdi. Nazir Ədalət Vəliyevi dövlət təltifinə layiq görülməsi və 60 illik yubileyi münasibətilə təbrik etdi. Ədalət Vəliyevin mədəniyyət sahəsində uzun illər fəaliyyət göstərdiyini, bu illər ərzində sıravi işçidən nazir müavini vəzifəsinədək yüksəldiyini deyən Əbülfəs Qarayev qeyd etdi ki, o, çalışdığı hər bir vəzifədə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib, bu sahədə bilik və bacarığını, təcrübəsini əsirgəməyib. “Ədalət müəllim ölkəmizin tanınmış mədəniyyət xadimlərindən biridir.
Universitetdə Holi festivalı keçirilib
Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Hindistanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şri B.Vanlalvavna ilə görüşüb. Olaylar.az bildirir ki, rektor Kamal Abdulla səfiri universitetdə görməkdən şad olduğunu bildirib. Şri B.Vanlalvavnanı Azərbaycana yeni səfir təyin olunması münasibətilə təbrik edən Kamal Abdulla ona diplomatik missiyasında uğurlar arzulayıb. Hind xalqının qədim, ləyaqətli, dünyanın önəmli xalqlarından biri olduğunu deyən akademik ölkəmizdə Hindistana və millətinə xüsusi məhəbbət bəslənildiyini söyləyib.
Mədəniyyət naziri “Günün nəbzi” televiziya proqramının qonağı olub
Martın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Televiziyasında “Günün nəbzi” proqramının qonağı olub. Olaylar.az bildirir ki, verilişdə matın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, eləcə də mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub. Proqramda həmin görüşdə qaldırılan məsələlər, irəli sürülən təkliflər və mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımlardan danışılıb.
Novruz bayramında festival - “Sənətkarlıq məhəlləsi”
Martın 21-22 tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızın ən qədim milli bayramı olan Novruz münasibətilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.
Bu yazı sevgini təbliğ edir
Bu gün istənilən klinikaya yaxınlaşsaq, orada psixoloqların fəaliyyət göstərdiyinin şahidi olarıq. Əvvəlki illərə nisbətən buna sevinirik, çünki əvvəllər insanlara psixoloqa getməyi məsləhət görəndə adamı özlərinə düşmən elan edirdilər. Çox şükür ki, indi psixoloqa getmək həm də dəb halını alıb. Şükür ona görə ki onların bu dəbinin bizə heç bir ziyanı yoxdur. Olsa-olsa 1-2 yerdə özlərini ağıllı göstərməyə çalışmaları olacaq. Olsun, buna da dözərik.
Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu
“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2 ay müddətində həyata keçirilən “WE2019 Xanım sahibkarlar üçün müsabiqə”nin nəticələri açıqlanıb. Olaylar.az bildirir ki, ümumilikdə 161 müraciətin toplandığı müsabiqənin təqdimat mərhələsində iştirak edən 11 sahibkar xanım arasından 4 nominasiya üzrə qaliblərin adları münsiflərin səsverməsi ardından açıqlanıb. Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” - “Cuisine Chez Billura” brendi ilə Billurə Bernard, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olub.


.jpg)




.jpg)






