Gündəm
Tarix İnstitutu “Bakı-İstanbul” liseyini himayəyə götürüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Elmi Şuranın növbəti iclasını “Bakı-İstanbul” liseyində keçirib. Tarix İnstitutundan Olaylar.az -a verilən məlumata görə, əvvəlcə institutun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub. “Bakı-İstanbul” liseyinin direktoru Zeliha Abdullayeva Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi Elmi Şura üzvlərinə lisey barədə ətraflı məlumat verib. Zeliha Abdullayeva bildirib ki, məqsəd şagirdlərin əqli inkişafı ilə yanaşı, mədəni-mənəvi inkişafına da xidmət etməkdir.
Cəfər Cabbarlının 120 illiyi müxtəlif tədbirlərlə qeyd olunacaq
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi tamam olur. Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.
Muğam Mərkəzində elmi seminar keçiriləcək
Martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa”layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcəkdir.
Genişzolaqlı internet abunəçilərinin sayı 1 milyardı ötüb
“Point Topic” şirkətinin araşdırmasına görə, 2025-ci ilədək dünyada sabit genişzolaqlı internet abunəçilərinin sayı 1,2 milyarda yaxınlaşacaq. İndi bu göstərici 1 milyarddır.
Elnur Məmmədli qəzaya düşdü - Foto
2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb. Hadisə bu gün səhər saatlarında Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.
Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında virtual görüş keçiriləcək
Martın 14-də saat 13:00 tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı skayp vasitəsilə virtual görüş keçiriləcək. Tədbir AMEA-nın Elmi Kitabxanasının Konfrans zalında baş tutacaq.
Elza Seyidcahan Heydər Əliyev Sarayında konsert verəcək
Aprelin 28-də əməkdar artist Elza Seyidcahan 25 illik səhnə fəaliyyəti ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının səhnəsində solo konsert verəcək.
“WhatsApp” da yeni funksiya
Populyar “WhatsApp” messencerində istifadəyə veriləcək yeni funksiya istifadəçilərə şəkillərin həqiqiliyini yoxlamağa imkan verəcək. Bu haqda “Engadget” portalı yazıb.
Zaur bir il keçməmiş boşandı
Aparıcı Zaur Nəbioğlu həyat yoldaşından ayrılıb. Cütluk bir müddətdir ayrı yaşayır. Hətta onlar arasında rəsmi boşanma da olub.
Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunacaq - Əlyazmalar İnstitutunda
Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Bakıda “World harmony” beynəlxalq müsabiqə keçiriləcək
Aprelin 2-dən 8-dək Bakıda gənc ifaçıların “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək. Müsabiqə MDB iştirakçı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə maliyyə və təşkilati dəstəyilə reallaşacaq.
Müsəlmanlar üçün “ölüm düşərgələri”: bir milyon insan...- İLK AÇIQLAMA
Çində “yenidən təhsil mərkəzləri”, "vətənpərvərlik tərbiyəsi düşərgələri”, “ölüm düşərgələri” kimi adlarla adlandırılan və Sintszyan-Uyğur Muxtar Rayonunda müsəlmanların olduğu düşərgələr bağlana bilər. “South China Morning Post” nəşrinin yazdığına görə, bu haqda regionun başçısı Şoxrat Zakir bildirib. “Düşərgələrin, həmçinin onlardakı insanların sayı tədricən azalacaq. Əgər cəmiyyətə belə təlim mərkəzləri daha lazım olmayacaqsa, onlar tədricən yox olacaqlar”, - o deyib.
Polad Bülbüloğlunun "Eşq və Ölüm" balet tamaşası nümayiş olunacaq
Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor, diplomat, tanınmış ictimai xadim Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, “Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış balet tamaşasıdır. «Eşq və Ölüm» baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Bu tamaşa ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir.
Rusiya, Ukrayna və Azərbaycanın opera ulduzları - “Aida” tamaşasında
Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan C.Verdinin “Aida” operasının tamaşası keçiriləcəkdir. Olaylar.az bildirir ki, tamaşada Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir.
Bakıda beynəlxalq elmi konfrans keçiriləcək
İyunun 19-dan 23-dək Bakı şəhərində “Qloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Olaylar.az-a verilən məlumata görə, konfransın təşkilatçıları AMEA-nın Rəyasət Heyəti, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.













