Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunacaq - Əlyazmalar İnstitutunda

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Cəfər Cabbarlı - 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış" mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Tədbir çərçivəsində ilk dəfə olaraq böyük dramaturqun Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi təşkil olunacaq.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31