Gündəm

Uşaq rəsm müsabiqəsinin birinci turu başa çatdı - Sənət Mərkəzində

13 Mart 2019 15:48

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin birinci turu başa çatıb.

Tofiq Tağızadənin Yaradıcılıq otağının açılışı olacaq

13 Mart 2019 14:26

Mart ayının 14-də saat 12:00-da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, ssenari müəlifi və aktyor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı Yaradıcılıq otağının açılışı olacaq. Olaylar.az bildirir ki, tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və T.Tağızadənin ailə üzvləri iştirak edəcəklər.

Musiqi məktəbində “Məclisi Üns”

13 Mart 2019 12:58

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı təbdir keçirilib. Olaylar.az bildirir ki, çıxış edən Xalq artisti Rasim Balayev, Yazıçılar Birliyinin Xəzər Rayon bölməsinin sədri şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, Dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

"Mingəçevir Gənclərinin Natiqlik Forumu" uğurla yekunlaşdı

13 Mart 2019 12:47

Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və "Gələcək Gənclərlə Gələcək" Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən "Mingəçevir Gənclərinin Natiqlik Forumu" layihəsinin "Final Mükafatlandırma və Bağlanış Mərasimi" keçirilib.

“Zülmətdən doğan işıq” adlı bədii-sənədli film təqdim edildi

13 Mart 2019 12:45

Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Elm və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin təşkilati dəstəyi ilə Bakı Yunus Əmrə İnstitutunda “Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, film “ARB Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə ekranlaşdırılıb.

VII Muğam Televiziya Müsabiqəsi başladı

13 Mart 2019 11:11

Məlahətli səsə sahib olmaq xüsusi istedaddır. Bu istedadın üzə çıxması üçün geniş imkanlar gərəkdir. Elə bu baxımdan ənənəvi olaraq iki ildən bir təşkil olunan Muğam Televiziya Müsabiqəsi təqdirəlayiqdir. Peşəkar münsiflər heyətinin fikrincə, növbəti dəfə muğamsevərləri ətrafına toplayacaq VII Muğam Televiziya Müsabiqəsini çox gözəl səslər bəzəyəcək.

“Windows 10” sistemində problemli yeniləmələr avtomatik ləğv ediləcək

13 Mart 2019 10:49

“Windows 10” platforması artıq yeni proqram təminatında uyğunsuzluq və ya səhvlərlə əlaqədar əməliyyat sisteminin yüklənməsi vaxtı problemlər yaradan yeniləməni avtomatik siləcək. “Microsoft”un yenilənmiş texniki dəstək səhifəsindəki məlumata görə, problemli yeniləməni quraşdırandan sonra sistemin işini bərpa etmək üçün bütün cəhdlər uğursuz olduqda bu üsuldan istifadə ediləcək.

Diplomatlar Yel çərşənbəsini birgə qeyd etdilər

13 Mart 2019 10:48

Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirildi. Olaylar.az bildirir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxini əks etdirən sərgi ilə tanış oldular.

Röyanın paltarı cırıldı -  Video

13 Mart 2019 10:44

Əməkdar artist Röya Ayxanın çəkiliş zamanı paltarı cırılıb.   Sənətçi İTV-nin bayram çəkilişində səhnəyə çıxıb. Uzun ağ-qara paltar geyinən sənətçi libasının cırılan hissəsini videoya çəkərək yayımlayıb. 

“Çin mətbəxinin inciləri” mövzusunda master-klass - Konfutsi İnstitutunda

13 Mart 2019 10:43

12 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Milli Kulinariya Assosiasiyası və Konfutsi İnstitutunun təşkilatçılığı ilə çinli aşpazların “Çin mətbəxinin inciləri” mövzusunda növbəti master-klassı təşkil olunub. Olaylar.az bildirir ki, tədbirdə Pekindən dəvət olunan tanınmış aşpaz Li Canjuy ət, tərəvəz, balıq məhsullarının hazırlanması bacarıqlarını iştirakçılarla bölüşüb. O, Çin mətbəxinin əsas prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyi vurğulayıb. Li Canjuy Çin kulinariya sənətinin ənənələrindən danışaraq, bu ölkənin mətbəxinin regional üslubu və tanınmış yeməkləri haqqında məlumat verib.

İnternetin yaradıcısı narahatdır

13 Mart 2019 10:34

İnternetin yaradıcılarından biri olan Tim Berners-Li onu "uğursuz" adlandırıb. Alimin müraciəti “Ümumdünya Hörümçək Toru” Fondunun saytında dərc edilib. O deyib ki, bəşəriyyət “Ümumdünya Hörümçək Toru”nun xilası üçün səy göstərməlidir. Onun fikrincə, internetin mənfi tərəflərinə fırıldaqçıları, həmçinin düşmənçilik və nifrətin yayılmasını göstərmək olar.

Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd olunub

13 Mart 2019 10:24

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin qeyd olunması ilə əlaqədar Tədbirlər planı hazırlanıb.

“Reinkarnasiya 5” layihəsi çərçivəsində “Zamanla üz-üzə”

13 Mart 2019 10:21

“Reinkarnasiya 5” layihəsi çərçivəsində reallaşan “Zamanla üz-üzə” sərgisi Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilib. Bu sərgi vasitəsilə Qobustan mövzusuna aid 60-dək orijinal iş nümayiş olunub. Olaylar.az bildirir ki, bu sözləri martın 12-də Muzey Mərkəzində sözügedən sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. O bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilib, müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib.

Hüseyn qadın müğənniləri təhqir etdi: "Əxlaqsızdırlar..."

13 Mart 2019 10:17

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qadın müğənniləri təhqir edib. Musiqiçi "Şou news"a açıqlamasında onlara əxlaqsız deyərək, ələ salıb: "Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, sən özün nə gündəsən? Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü. Biz səni elə helə qəbul edəcəyik.