Ruhani Nəcəfdə Sistani ilə görüşdü
13 Mart 2019 15:53 Dünyaİran Prezidenti Həsən Ruhani İraqın Nəcəf şəhərində şiə dini liderlərindən sayılan Ayətullah Əli Sistani ilə görüşüb.
Görüşdə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və Bağdad səfiri İrəc Məscidi də iştirak edib.
Ruhaninin Tehrana qayıtmadan əvvəl Nəcəf şəhərində digər din adamları ilə də görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Ruhaninin Cənubi İraq şiələrinin lideri Müqtəda əs-Sədrlə görüşü baş tutmayıb. Buna səbəb kimi dini liderin hazırda İraqda olmaması göstərilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31