İnternetin yaradıcısı narahatdır
İnternetin yaradıcılarından biri olan Tim Berners-Li onu "uğursuz" adlandırıb. Alimin müraciəti “Ümumdünya Hörümçək Toru” Fondunun saytında dərc edilib. O deyib ki, bəşəriyyət “Ümumdünya Hörümçək Toru”nun xilası üçün səy göstərməlidir. Onun fikrincə, internetin mənfi tərəflərinə fırıldaqçıları, həmçinin düşmənçilik və nifrətin yayılmasını göstərmək olar.
13 Mart 2019 10:34 İKTİnternetin yaradıcılarından biri olan Tim Berners-Li onu "uğursuz" adlandırıb. Alimin müraciəti "Ümumdünya Hörümçək Toru" Fondunun saytında dərc edilib. O deyib ki, bəşəriyyət "Ümumdünya Hörümçək Toru"nun xilası üçün səy göstərməlidir. Onun fikrincə, internetin mənfi tərəflərinə fırıldaqçıları, həmçinin düşmənçilik və nifrətin yayılmasını göstərmək olar.
Alim, həmçinin informasiyanın yayılmasına nəzarətin olmaması nəticəsində yaranan mənfi nəticələrdən söz açıb. Onun sözlərinə görə, internet cəmiyyəti belə təzahürlərlə mübarizə aparmalıdır.