Gündəm

“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş 

12 Mart 2019 16:35

14-17 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi,İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə  keçiriləcək “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib.

“Ənənədən gələcəyə” adlı dəfilə

12 Mart 2019 15:28

Martın 15-i saat  Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçiriləcək. Bu haqda geyim evinin təsisçisi və direktoru, modelyer Könül Vəlibəyli məlumat verib. Onun sözlərinə görə, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim olunacaq.

Həvəskar rəssamların əsərləri İstiqlal Muzeyində sərgilənəcək

12 Mart 2019 15:26

Martın 15-də Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı sərgi açılacaq. Təşkil olunacaq sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80 – dək əl işi nümayiş olunacaq.

Ankarada  “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans

12 Mart 2019 15:24

Ankaranın Qazi Universitetinin Rəsm-İş bölümü və Türk Sanat Toplumunun təşkilatçılığı ilə “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib. Universitet tərəfindən artıq IV dəfə təşkil olunan ənənəvi “Türk millətinin Alp qadınları” layihəsinin çərçivəsində keçirilən konfrans bu il xalqımızın qəhrəman qadınlarına həsr olunub.

Səməd Qurbanov: Azərbaycan və "Qazprombank" əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər

12 Mart 2019 11:00

Azərbaycan və "Qazprombank" əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər. Bunu Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminarda deyib.

Filmimiz beynəlxalq festivalda nümayiş olunacaq

12 Mart 2019 10:58

Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan ekran əsərlərinin çoxluq təşkil etdiyi “Aripi” (“Qanadlar”) film festivalı Buxarestdə Rumın Kənd muzeyində martın 12-də reallaşacaq.

ABŞ 110 F-35 almağı planlaşdırır

12 Mart 2019 10:54

ABŞ-ın 2020-ci il üçün planlaşdırılan büdcə layihəsində 110 qırıcı təyyarənin alınması nəzərdə tutulub. Sözügedən sənəd Ağ Evin rəsmi saytında dərc olunub. “2020-ci ildə büdcə 110 döyüş təyyarəsinin alınması və təxminən iki zirehli tank briqadası döyüş qrupunun modernizasiyasını nəzərdə tutur”, - mətndə bildirilir.

"Heç vaxt yağ yemirəm" - Manana formada qalma sirrini açdı

12 Mart 2019 10:49

Əməkdar artist Manana illərdir eyni bədən formasında qalmasının sirrini açıqlayıb.  "Faydalı saat" proqramına qonaq olan müğənni yağlı yemədiyini söyləyib: