Filmimiz beynəlxalq festivalda nümayiş olunacaq
Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan ekran əsərlərinin çoxluq təşkil etdiyi “Aripi” (“Qanadlar”) film festivalı Buxarestdə Rumın Kənd muzeyində martın 12-də reallaşacaq.
12 Mart 2019 10:58 MədəniyyətMüstəqil Dövlətlər Birliyi ölkələrindən olan ekran əsərlərinin çoxluq təşkil etdiyi "Aripi" ("Qanadlar") film festivalı Buxarestdə Rumın Kənd muzeyində martın 12-də reallaşacaq.
Festivalda müxtəlif ölkələrin filmləri ilə yanaşı, İmam Həsənovun rejissor olduğu, Azərbaycan kəndinin gözəlliyi və çətinliyini əks etdirən "Müqəddəs inək" sənədli filmi də nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan, Almaniya və Rumıniyanın birgə istehsalı olan "Müqəddəs inək" filmi artıq Avropanın bir çox ölkələrində nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31