“Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş
14-17 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi,İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə keçiriləcək “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib.
12 Mart 2019 16:35 Mədəniyyət14-17 mart tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi,İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə keçiriləcək "Testene-Art" III Beynəlxalq İncəsənət festival-müsabiqəsinə həsr olunmuş görüş keçirilib.
Olaylar.az bildirir ki, görüşdə Baş İdarənin rəisi Cəlil Məlikov festival-müsabiqənin təşkilat komitəsinin üzvləri,İtaliyaBeynəlxalq Mədəniyyət Assosiasiyasının Prezidenti Zayka İnessa, vitse-prezidenti Olqa Naymuşina və bədii rəhbəri İqor Bubençikov arasında festivala son hazırlıq işləri, gələcək birgə fəalliyət haqqında geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müsabiqə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak edəcək.Bu il Azərbaycanla yanaşı müsabiqəyə İtaliya, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və digər ölkələrdən müsabiqəyə 180-ə yaxın iştirakçı qatılıb.
Görüşdə Bakı musiqi və incəsənət məktəblərində müsabiqənin münsiflər heyətində yer alan mütəxəssislər tərəfindən fortepiano, skripka ixtisasları və rəssamlıq üzrə ustad dərslərinin təşkil olunması haqqında razılıq əldə edilib.