Gündəm

SSRİ-nin Veneraya göndərdiyi stansiya Yerə düşəcək

12 Mart 2019 10:47

SSRİ tərəfindən Veneraya buraxılan planetlərarası stansiyası gediş trayektoriyasından çıxmayıb və Yerin ətrafında fırlanır. Bu stansiya 2020-ci ilin əvvəli və ya ortalarında dünyanın istənilən regionuna düşə də bilər. Bu sözlər amerikalı kosmik ekspert Conatan MakDauelin kosmik hesabatlarla bağlı son məruzəsində yer alıb. O, belə düşmə ehtimalının 10 mində 1 olduğunu bildirib.

“Apple” növbəti təqdimat tarixini açıqladı

12 Mart 2019 10:35

ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib. “Apple” martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.

Yaqub Mahmudov “Simurq” beynəlxalq medalı ilə təltif edilib

12 Mart 2019 10:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanda tarix elminin inkişafında, milli-mədəni irsimizin qorunub saxlanmasında böyük xidmətlərinə, ölkəmizdə layiqli, yüksək mədəniyyətli insanlar cəmiyyətinin formalaşdırılmasına və inkişafına verdiyi töhfəyə, vətənpərvərliyinə və yüksək şəxsi mədəniyyətinə görə “Simurq” beynəlxalq medalı ilə təltif edilib.

Mədəniyyət Sarayında konsert 

12 Mart 2019 10:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında konsert keçirilib. Olaylar.az bildirir ki, aparıcı Humay Muxtarova konsert iştirakçılarını salamlayaraq, hərkəsi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib.

“Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcəkdir

12 Mart 2019 10:27

Martın 14-də Novruz Bayramı münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, TİKA Bakı Proqram Koordinatorluğu, Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA Folklor İnstitutunun birgə təşəbbüsü ilə Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaq məqsədiylə “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcəkdir.

Nüşabədən Elzaya: "Səni qaynıma alacam"

12 Mart 2019 10:23

Əməkdar artist Elza Seyidcahan İnstaqramda canlı yayıma girib.  Ad günündə olan müğənninin yanında həmkarı Nüşabə Ələsgərli də yer alıb. Nüşabə Elzanı ərə bermək istədiyini deyib. 

Mədəniyyət naziri ön cəbhədəki hərbçilərlə görüşdü

12 Mart 2019 10:19

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib. Olaylar.az bildirir ki, Əbülfəs Qarayev qəbuldan sonra Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkdi. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış oldu, əsgər kazarmasında, yeməkxanada oldu.

New Generation” layihəsinin II mərhələsi yekunlaşdı

12 Mart 2019 10:14

“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsinin II mərhələsi yekunlaşdırılıb. Beləliklə layihənin əhatə etdiyi 4 iqtisadi region (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) üzrə fəaliyyət tamamlanıb.

“BlackBerry” şirkətinin direktoru bükülən smartfonları tənqid edib

12 Mart 2019 10:06

Bükülən smartfonlar hələ bazara çıxarılmamalıdır, çünki belə qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Bu haqda “BlackBerry” şirkətinin icraçı direktoru Con Çen deyib.  

Aşıq Ulduzun qızının toyunda bəy iştirak etmədi

12 Mart 2019 10:04

Aşıq Ulduzun qızının toyunda bəy iştirak etməyib. Dünən məşhur aşıq Ulduz Sönməzin qızı Sədaqət Ulduzun toyu olub. Restoranların birində baş tutan toyda bəy iştirak etməyib. Gəlin isə ağ gəlinlik əvəzinə boz ziyafət libası geyinib.

Azərbaycanlı müğənni qəzada öldü

12 Mart 2019 09:50

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı “KİA” markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Polis onları axtarır-VİDEO

12 Mart 2019 00:38

Azərbaycan nefti bahalaşdı

11 Mart 2019 23:11

“Bir, iki – bizimki!” tamaşası festivalda qalib olub

11 Mart 2019 16:54

Azərbaycan Teatr Xadimləri İttifaqında “Boş məkanın dolğunluğu-2” eksperimental tamaşalar festivalının qalibi müəyyən olunub. Olaylar.az bildirir ki, akademik Milli Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, festivalın qalibi yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşa olub.