“Apple” növbəti təqdimat tarixini açıqladı

ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib. “Apple” martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.

ABŞ şirkəti ənənəsinə sadiq qalaraq dəvət məktublarında növbəti təqdimatın tarixini, vaxtını və keçiriləcəyi yeri qeyd edib. "Apple" martın 25-də Stiv Cobs Teatrında növbəti təqdimatını keçirəcək. Bu haqda jurnalistlərə göndərilmiş dəvət məktublarında qeyd edilib.
 
Sözügedən tədbir yerli vaxtla saat 10:00-da başlayacaq. Şirkət bir sıra yeni xidmətlərini, həmçinin öz istehsalı olan film və serialları nümayiş etdirəcək.
 
ABŞ şirkətinin yeni qurğular nümayiş etdirəcəyi də istisna edilmir. Bu, "AirPods 2", "iPad" və ya "AirPower" qurğuları ola bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31