SSRİ-nin Veneraya göndərdiyi stansiya Yerə düşəcək
SSRİ tərəfindən Veneraya buraxılan planetlərarası stansiyası gediş trayektoriyasından çıxmayıb və Yerin ətrafında fırlanır. Bu stansiya 2020-ci ilin əvvəli və ya ortalarında dünyanın istənilən regionuna düşə də bilər. Bu sözlər amerikalı kosmik ekspert Conatan MakDauelin kosmik hesabatlarla bağlı son məruzəsində yer alıb. O, belə düşmə ehtimalının 10 mində 1 olduğunu bildirib.
12 Mart 2019 10:47 DünyaSSRİ tərəfindən Veneraya buraxılan planetlərarası stansiyası gediş trayektoriyasından çıxmayıb və Yerin ətrafında fırlanır. Bu stansiya 2020-ci ilin əvvəli və ya ortalarında dünyanın istənilən regionuna düşə də bilər.
Bu sözlər amerikalı kosmik ekspert Conatan MakDauelin kosmik hesabatlarla bağlı son məruzəsində yer alıb. O, belə düşmə ehtimalının 10 mində 1 olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə rusiyalı kosmonavt SSRİ-nin Veneraya göndərdiyi uğursuz kosmik aparatların yaxın illərdə yerə düşəcəyi haqqında məlumat yaymışdı. O, bunun yaxın 4-7 il ərzində baş verəcəyini bildirmişdi. Axar.az