Gündəm

Muğam Mərkəzində Qədim Şərq və Qərb musiqisi səslənəcək 

11 Mart 2019 14:15

Martın 16-da Avstriyanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçiriləcək.

Rektor xatirə medalı ilə təltif olundu

11 Mart 2019 14:10

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvlüyünə layiq görülüb və təsis etdiyi xatirə medalı ilə təltif olunub.

Nazir Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşları qəbul etdi

11 Mart 2019 13:16

Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda keçirilib. Olaylar.az bildirir ki, qəbuldan öncə mədəniyyət naziri Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidənin önünə tər çiçək dəstələri düzülüb.

Nəsimi yaradıcılığı “Qəzəllər” layihəsində -  Muğam Mərkəzində

11 Mart 2019 12:02

Martın 27-də Beynəlxalq Muğam Mərkəzində “Qəzəllər” layihəsi çərçivəsində növbəti konsert İmadəddin Nəsimi yaradıcılığına həsr ediləcək. Olaylar.az bildirir ki, konsertdə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyev şairin qəzəlləri üstə “Zabul segah” dəstgahını ifa edəcəklər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət edəcək.

Cocuq Mərcanlıda Novruz bayramı qeyd olunacaq

11 Mart 2019 11:21

Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.

Boltondan İŞİD haqqında şok açıqlama: "Donald Tramp desə də..."

11 Mart 2019 11:04

İŞİD terror təşkilatı Suriya, İraq və digər bölgələrdə dağınıq şəkildə fəaliyyətini davam etdirir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton deyib. O qeyd edib ki, Donald Trampın İŞİD-in regional üstünlüyünü itirdiyini açıqlaması bu təşkilatın tamamilə fəaliyyətini dayandırması anlamına gəlmir. Bolton İŞİD-in yenidən meydana çıxmasının qarşısını almaq üçün ingiltərəli və fransalı həmkarları ilə müzakirələr apardığını da diqqətə çatdırıb.

Məşhur virtuoz müğənni Bakıda çıxış edəcək

11 Mart 2019 11:03

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti olacaq. Məşhur estrada ulduzu konsert proqramında milyonların sevgisini qazanmış hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

Qobustanda “Zamanla Üz-Üzə” adlı sərgi keçiriləcək

11 Mart 2019 10:57

Martın 12-də Muzey Mərkəzinin Sərgi qalereyasında Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Zamanla Üz-Üzə” adlı sərginin açılışı mərasimi baş tutacaqdır. Olaylar.az bildirir ki, “Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş etdiriləcəkdir. İşlər rəsm əsərləri, heykəltəraşlıq və keramika, video installasiya formatında təqdim olunur.

Rusiyada neftayırma zavodu yanır

11 Mart 2019 10:53

“Rosneft”ə məxsus olan Xabarovsk diyarındakı Komsomolsk neftayırma zavodundan yanğın başlayıb. Rusiya FHN-nin regional idarəsi yanğın haqqında yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 06:50) məlumat daxil olduğunu bildirib.

Konfutsi İnstitutunda ədəbi gecə

11 Mart 2019 10:45

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ədəbi gecə keçirilib. Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tamaşaçıları bayram münasibəti ilə təbrik edərək, yüksək mənəvi duyğular, düşüncələr, ənənəvi dəyərlərə hörmət – böyüklərə hörmət, ailəyə qayğı, sevgi, dostluq və sədaqət kimi yüksək insani hisslər ilə dolu, Çin poeziyası haqqında danışıb. R. Abbasov həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevanın "Ana, getmə!" adlı şeirini Çin dilində oxuyub.

Gənclər yaz tətilini Respublika Debat Düşərgəsində keçirəcək

11 Mart 2019 10:46

23-26 mart  tarixlərində Milli Debat Proqramı çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC), təşkilatçılığı ilə “Respublika Debat Düşərgəsi: Yaz 2019” həyata keçiriləcək. Olaylar.az bildirir ki, düşərgə “Respublika Gənclər Debat Forumu: 2019 Yaz” layihəsi çərçivəsində, debatçıların hazırlıq məqsədi ilə yanaşı, regional fəaliyyətin inkişaf etdirilməsi, gənclərin natiqlik bacarıqlarının inkişafı və ölkəmizi beynəlxalq layihələrdə təmsil edə biləcək gənclərin üzə çıxarılması, gənclərin asudə vaxtının səmərəli və intellektual səviyyədə təşkili üçün nəzərdə tutulub.

Ərdoğan Türkiyənin hədəfini açıqladı

11 Mart 2019 10:39

Türkiyə Suriyanın şimalında təhlükəsiz bölgə yaratmağa hədəflənib. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsgəndərunda çıxışı zamanı deyib.

Azərbaycanlı müğənninin evindən 4 milyon oğurlanıb

11 Mart 2019 10:38

Moskvada yaşayan azərbaycanlı müğənni Bahh Tee (əsl adı Bəxtiyar Əliyevdir) oğruların hücumuna məruz qalıb. 8-9 mart tarixlərindən birində müğənninin yaşadığı mənzil qarət olunub.

Aleksey Boqdançikov “Sevilya bərbəri” operasında çıxış etdi

11 Mart 2019 10:35

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsərində Fiqaro partiyasını Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov ifa edib.

İstanbulda “Nəsimi ili”

11 Mart 2019 10:31

Türkiyədə “Nəsimi ili” çərçivəsində Azərbaycanın dahi şairi İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş silsilə tədbirlər davam edir. Olaylar.az bildirir ki, İstanbulda Türk Ədəbiyyat Vəqfində bu münasibətlə tədbir keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Kitabxanası və Türk Ədəbiyyat Vəqfi tərəfindən təşkil olunub.