Boltondan İŞİD haqqında şok açıqlama: "Donald Tramp desə də..."
İŞİD terror təşkilatı Suriya, İraq və digər bölgələrdə dağınıq şəkildə fəaliyyətini davam etdirir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton deyib. O qeyd edib ki, Donald Trampın İŞİD-in regional üstünlüyünü itirdiyini açıqlaması bu təşkilatın tamamilə fəaliyyətini dayandırması anlamına gəlmir. Bolton İŞİD-in yenidən meydana çıxmasının qarşısını almaq üçün ingiltərəli və fransalı həmkarları ilə müzakirələr apardığını da diqqətə çatdırıb.
11 Mart 2019 11:04 DünyaİŞİD terror təşkilatı Suriya, İraq və digər bölgələrdə dağınıq şəkildə fəaliyyətini davam etdirir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton deyib.
O qeyd edib ki, Donald Trampın İŞİD-in regional üstünlüyünü itirdiyini açıqlaması bu təşkilatın tamamilə fəaliyyətini dayandırması anlamına gəlmir. Bolton İŞİD-in yenidən meydana çıxmasının qarşısını almaq üçün ingiltərəli və fransalı həmkarları ilə müzakirələr apardığını da diqqətə çatdırıb.
"Bilirik ki, İŞİD döyüşçüləri Suriya və İraqda dağınıq halda fəaliyyətini davam etdirir və digər bölgələrdə böyüməyə çalışırlar. İŞİD təhdid olmağa davam edir"- prezident köməkçisi deyib. Publika.az