Cocuq Mərcanlıda Novruz bayramı qeyd olunacaq
Martın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qayıdış” parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.
11 Mart 2019 11:21 SosialMartın 12-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Qayıdış" parkında Novruz bayramına həsr olunmuş tədbir keçiriləcək.
Olaylar.az bildirir ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tonqalı yandırılacaq. Bayramın rəmzləri olan Bahar qızı, Kosa və Keçəl qonaqları salamlayacaq, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31