Nəsimi yaradıcılığı “Qəzəllər” layihəsində - Muğam Mərkəzində
Martın 27-də Beynəlxalq Muğam Mərkəzində “Qəzəllər” layihəsi çərçivəsində növbəti konsert İmadəddin Nəsimi yaradıcılığına həsr ediləcək. Olaylar.az bildirir ki, konsertdə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyev şairin qəzəlləri üstə “Zabul segah” dəstgahını ifa edəcəklər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət edəcək.
11 Mart 2019 12:02 MədəniyyətMartın 27-də Beynəlxalq Muğam Mərkəzində "Qəzəllər" layihəsi çərçivəsində növbəti konsert İmadəddin Nəsimi yaradıcılığına həsr ediləcək.
Olaylar.az bildirir ki, konsertdə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyev şairin qəzəlləri üstə "Zabul segah" dəstgahını ifa edəcəklər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov müşayiət edəcək.
Qeyd edək ki, Muğam Mərkəzinin "Qəzəllər" layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.