Aleksey Boqdançikov “Sevilya bərbəri” operasında çıxış etdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsərində Fiqaro partiyasını Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov ifa edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin "Sevilya bərbəri" operası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsərində Fiqaro partiyasını Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın "Novaya opera" Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov ifa edib.

Rusiyalı vokalçı ilə yanaşı, operada teatrın solistləri - Xalq artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), Əməkdar artistlər Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin solistlər Nina Makarova (Berta) və Firus Məmmədov (zabit) çıxış ediblər. Səhnə əsəri Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31