Gündəm

Nazpəri efirdə yıxıldı - Video

11 Mart 2019 10:28

"Azərbaycanın səsi" yarışmasının final bölümü baş tutub.  Proqramın sonunda bir çox maraqlı anlar yaşanıb. Yarışmanın qalibi xalq artisti Nazpəri Dostəliyevanın tələbəsi birinci seçilib. 

Vasko Araujonun sərgisi - “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində

11 Mart 2019 10:25

“Goethe-Zentrum Baku”nun (Höte İnstitutu) dəstəyi ilə “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış portuqal rəssamı Vasko Araujonun “Məhəbbət və Ölüm” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada İçərişəhərin fotoları ilə yanaşı “Leyli və Məcnun” poemasından ingilis dilində parçalar təqdim edilib. Leyli və Məcnunun nakam məhəbbətindən söz açan “Liebestod. Məhəbbət və Ölüm” videoişi sərginin ana xəttini təşkil edib. Məhz “Leyli və Məcnun” və paytaxtımızın qədim tarixi rəssamı bu ekspozisiyanı yaratmağa ruhlandırıb.

23 yaşlı üçqat dünya çempionu İNTİHAR ETDİ - FOTO

11 Mart 2019 10:21

ABŞ-ın velosiped idmanı üzrə 23 yaşlı üçqat dünya çempionu Kelli Ketlin özünə qəsd edib. Bu barədə onun atası Mark Ketlin "VeloNews" nəşrinə müsahibəsində bildirib.

Fransız İnstitutunda nağıl saatı

7 Mart 2019 16:22

Martın 12-də Azərbaycanda fəaliyyət göstərən Fransız İnstitutunda "nağıl saatı" olacaq. Olaylar.az bildirir ki, 4-10 yaşlı uşaqlar üçün valideynlərlə birgə nəzərdə tutulan nağıl saatı ay ərzində iki dəfə olacaq.

Bakı Dövlət Universitetində Macarıstanlı səfirlə görüş olub

7 Mart 2019 16:13

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Olaylar.az bildirir ki, Firudin Qurbanov ölkələrimizin qədim tarixi əlaqələrə malik olduğunu, dövlət başçılarının uğurlu siyasəti nəticəsində müasir dövrdə də münasibətlərin inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində Macarıstanla intensiv münasibətlərin yarandığını qeyd edib.

Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində çalışan xanımları təbrik edib

7 Mart 2019 15:57

“Azərbaycan dövləti həmişə qadınların fədakar əməyini yüksək qiymətləndirib. Bu gün də müxtəlif sahələrdə çalışan xanımlarımız fəxri adlara, orden və medallara layiq görülürlər. Bu da öz növbəsində onları daha əzmlə çalışmağa, böyük uğurlar əldə etməyə sövq edir”. Olaylar.az bildirir ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsində fəaliyyət göstərən xanımlara 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ünvanlanan təbrikində belə deyilir.

Ankarada “Nəsimi ili” 

7 Mart 2019 15:55

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında keçirilən “Nəsimi ili”nin açılış mərasimi Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin geniş konsert proqramı ilə davam edib. Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunan konsertdən əvvəl Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un baş katibi Düsen Kaseinovun çıxışları dinlənilib.

Serbiya, Rusiya və Azərbaycanın opera ulduzları “Trubadur” operasının tamaşasında çıxış edəcəklər

7 Mart 2019 15:48

Martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir. Dünya opera sənətinin ən dəyərli nümunələrindən olan "Trubadur" operası opera həvəskarlarının sevimli əsərlərindən biridir.

Məşhur Azərbaycan rəssamı iki qitə arasında “Ağ körpü” saldı

7 Mart 2019 15:45

Azərbaycanın dünya şöhrətli sənətkarlarından biri, Xalq rəssamı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və akademiyanın Azərbaycan Nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin İstanbulda fərdi sərgisi açılıb.