Serbiya, Rusiya və Azərbaycanın opera ulduzları “Trubadur” operasının tamaşasında çıxış edəcəklər
Martın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir. Dünya opera sənətinin ən dəyərli nümunələrindən olan "Trubadur" operası opera həvəskarlarının sevimli əsərlərindən biridir.
7 Mart 2019 15:48 MədəniyyətMartın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir. Dünya opera sənətinin ən dəyərli nümunələrindən olan "Trubadur" operası opera həvəskarlarının sevimli əsərlərindən biridir.
Olaylar.az bildirir ki, Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi tamaşanın professional səviyyəsini gücləndirmək məqsədilə əsas partiyalardan biri olan qraf di Luna partiyasını ifa etmək üçün Moskvanın "Qelikon-opera" Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Maksim Perebeynosu dəvət etmişdir.
Leonora partiyasında isə Serbiya milli operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yasmina Trumbetaş çıxış edəcəkdir. Yeri gəlmişkən bir neçə gün öncə Belqradda eyni adlı tamaşada həmin partiyanı gənc opera ulduzumuz - Əməkdar artist Afaq Abbasova çox böyük uğurla ifa etmişdi.
Tamaşada digər rollarda azərbaycanlı vokal ustaları, Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solistlər Nina Makarova (Azuçena) və Tələt Hüseynov (Qoca qaraçı) çıxış edəcəklər.
Opera tamaşasını Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.