Gündəm
Prezidentin bu çıxışı alqışlarla qarşılandı
Xalq rəssamı, professor Arif Əzizin Türkiyədə “Bəyaz körpü” adlı fərdi sərgisi
İstanblun Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə NEVMEKAN SAHİL salonunda ADMİU-nun Dizayn və Dekorativ sənət kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub. Olaylar.az bildirir ki, 8 mart Ümümdünya Qadınlar günü ilə bağlı Üsküdarda keçirilən III-cü “İz burakan kadınlar zirvəsi” tədbirində Arif Əzizin “Bəyaz” adlı əsəri Türkiyənin “Yaşılay” cəmiyyətinin və “İslam İşbirliyi Təşkilatı”nın prezidenti Esra Erdoğan Albayraka təqdim olunub.
Özbəkistan və Tatarıstan ədəbi ictimaiyyətindən Sona Vəliyevaya HƏDİYYƏ
Tatarıstanın ən nüfuzlu ədəbiyyat jurnalı olan “Kazan utları” (“Kazan odları”) Sona Vəliyevanın şeirlərini dərc edib. Olaylar.az bildirir ki, 4 səhifədən ibarət olaraq yayımlanan şeirlər tərcümə olunaraq tatar ictimaiyyətinə təqdim edilib.
Rektor Dubayda müsabiqədə iştirak edəcək “SABAH” qrupunun tələbələri ilə görüşüb
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Hult Prize müsabiqəsinin yarımfinal mərhələsində iştirak etmək hüququ qazanmış BDU-nun “SABAH” qrupları tələbələri ilə görüşüb. Olaylar.az bildirir ki, F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün belə layihələrdə iştirakın əhəmiyyətini qeyd edərək onları təbrik edib.
Akademik Milli Dram Teatrında premyera
Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən Olaylar.az -a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
ABŞ təyyarəsi Baltik dənizi üzərində ələ keçirildi
Rusiyanın "Su-27" tipli qırıcısı Baltik dənizi üzərində ABŞ-ın kəşfiyyatçı təyyarəsini ələ keçirmək üçün havaya qaldırılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb. İdarədən bildirilib ki, Rusiyanın hava məkanına nəzarət vasitələri ölkə sərhədlərinə yaxınlaşmaqda olan təyyarə qeydə alıblar.
Bibisi ilə analiz Ayşənin Hüseyn Dəryanın qızı olmasını təsdiqləmədi
Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" proqramına qatılıb və atasının digər övladı Cahangirdən DNT analizi istəyib. Reperin keçmiş həyat yoldaşı Sona onun istəyindən imtina edib. Ayşə isə ilk olaraq özü bibisi ilə analizə gedərək, Dəryanın qızı olduğunu sübut etməyə çalışıb.
"ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü - 8 martda
8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq. Martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Mobil təhlükələrin sayı 2 dəfə artıb
2018-ci ildə mobil qurğu istifadəçilərinin üzləşdiyi təhlükələrin sayı təxminən 2 dəfə artaraq 117 milyona çatıb. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin məlumatında deyilir. Mobil təhdidlərin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq zərərli proqramların sayında azalma müşahidə olunur. Ekspertlər bu tendensiyanı cinayətkarlar tərəfindən yeni yoluxma texnikalarının tətbiqi, eləcə də zərərli proqram təminatının yayılması üzrə yoxlanılmış sxemlərin (məsələn, SMS spam vasitəsilə) gücləndirilməsi ilə izah edirlər. Şirkətin məlumatına görə, ötən il ən populyar mobil təhlükə sayı 1,5 dəfə artaraq yeni rekord müəyyənləşdirən bank troyanları olub. Bu viruslar ümumilikdə 180 ölkədə 1,8 milyon istifadəçiyə hücum edib. Rekord yayılma templərini “Asacub” və “Hqwar” troyanları nümayiş etdirib.
“Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitab təqdim edildi
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə İtaliyada italyan dilində çap olunmuş “Azərbaycanın qadın şairlərinin poeziyası: Səkkiz əsrlik ədəbiyyat” adlı kitabın təqdimat mərasimi keçirilib. Olaylar.az bildirir ki, kitabda tarixən ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr və ölməz sənət əsərləri bəxş edən qadın şairlərinin zəngin ədəbi irsinə istinad edilib.
Kaliforniya kilsəsində Azərbaycanın dini tolerantlıq ənənələri təqdim olunub
Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu “Knox” Presviterian Kilsəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev həmin kilsədə keçirilən konfransda Azərbaycana dair geniş təqdimatla çıxış edib. Olaylar.az bildirir ki, Los Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir.
Rusiyadan ABŞ-a SARSIDICI ZƏRBƏ: Əgər raketlər yerləşdirilsə...
“ABŞ qadağan edilmiş bölgələrə raket yerləşdirsə, buna cavabsız qalmayacağıq”. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla ibn Zahid əl Nəhyan ilə görüşündən sonra mətbuat konfransında iştirak edən Lavrov ABŞ və Rusiya arasında imzalanan və bu il ləğv edilən “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan danışıb. O bildirib ki, ABŞ müqavilədən geri çəkildikdən sonra da müqavilənin nəzərdə tutduğu qadağan edilmiş bölgələrə raket yerləşdirsə, Moskva buna cavab vermək haqqına sahibdir.
"Dəb mənəm" niyə yayımdan qaldırıldı? - Vüsalə açıqladı
Aparıcı Vüsalə Əlizadənin ATV-də yayımlanan "Dəb mənəm" proqramının yayımı dayandırılıb. Artıq bir neçə müddətdir ki, veriliş efirə getmir. Vüsalə əməkdaşımızla söhbətində bildirib ki, sponsorla problem olub:
UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi - Muğam Mərkəzində
Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində xalq çalğı alətləri ansamblının çıxışı və gənc rəssamların Azərbaycan mədəniyyətinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olunub.
Ermənilərin işdən çıxartdırdığı Yaşaroğlu... - MŞ
Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılma səbəbi antierməni mövqeyi və Moskvada düşmən təbliğatına qarşı etirazları olubsa, bununla bağlı lazımi tədbirlər görülməlidir.














