Bakı Dövlət Universitetində Macarıstanlı səfirlə görüş olub

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi ilə görüşüb. Olaylar.az bildirir ki, Firudin Qurbanov ölkələrimizin qədim tarixi əlaqələrə malik olduğunu, dövlət başçılarının uğurlu siyasəti nəticəsində müasir dövrdə də münasibətlərin inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində Macarıstanla intensiv münasibətlərin yarandığını qeyd edib.

BDU-da görüşündən məmnunluğunu ifadə edən cənab Viktor Sederkenyi bütün sahələrdə ölkələrarası münasibətlərin dinamik inkişafından söz açıb. O, Azərbaycan universitetləri ilə əlaqələrin inkişafını, azərbaycanlı tələbələrdən Macarıstanın Stipendium Hunqarikum təqaüd proqramına çoxsaylı müraciətlərin olduğunu müsbət dəyərləndirib. Səfir türk dövlətləri ilə xüsusilə türkologiya elmi sahəsində yeni layihələrdə maraqlı olduqlarını deyərək azərbaycanlı və macar tarixçilərindən ibarət qrupun yaradılması təklifini də irəli sürüb.

Görüş çərçivəsində Bakı Dövlət Universitetində səfirliyin dəstəyi ilə birgə konfransların təşkili, Macar Gününün keçirilməsi, Budapeştdə Azərbaycan Mərkəzinin açılması kimi məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31