Muğam Mərkəzində Qədim Şərq və Qərb musiqisi səslənəcək
Martın 16-da Avstriyanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir keçiriləcək. Olaylar.az bildirir ki, tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda dəyirmi masa keçiriləcək.
11 Mart 2019 14:15 MədəniyyətMartın 16-da Avstriyanın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə qədim Şərq və Qərb musiqisinə həsr olunmuş tədbir keçiriləcək.
Olaylar.az bildirir ki, tədbir çərçivəsində saat 17:00-da ekspertlərin və tələbələrin iştirakı ilə "Orta əsr musiqisi və musiqi alətlərinin tarixi" mövzusunda dəyirmi masa keçiriləcək.
Saat 19:00-da isə Avstriyalı professor Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti, professor Fəxrəddin Dadaşovun rəhbərliyi altında "Əsrlərin sədası" ansamblının qədim Şərq və Qərb musiqisinə həsr olunmuş birgə konserti təşkil olunacaq.