ABŞ 110 F-35 almağı planlaşdırır

ABŞ-ın 2020-ci il üçün planlaşdırılan büdcə layihəsində 110 qırıcı təyyarənin alınması nəzərdə tutulub. Sözügedən sənəd Ağ Evin rəsmi saytında dərc olunub. “2020-ci ildə büdcə 110 döyüş təyyarəsinin alınması və təxminən iki zirehli tank briqadası döyüş qrupunun modernizasiyasını nəzərdə tutur”, - mətndə bildirilir.

ABŞ-ın 2020-ci il üçün planlaşdırılan büdcə layihəsində 110 qırıcı təyyarənin alınması nəzərdə tutulub. Sözügedən sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

"2020-ci ildə büdcə 110 döyüş təyyarəsinin alınması və təxminən iki zirehli tank briqadası döyüş qrupunun modernizasiyasını nəzərdə tutur", - mətndə bildirilir.

Sənədin detalları dərc olunmasa da, Hərbi Hava Qüvvələrinin investisiya proqramının taktiki qırıcılara, beşinci nəsil F-35 təyyarələrinin alışına yönələcəyi göstərilib.

Hərbi Dəniz Qüvvələri və dəniz piyadaları üçün də yeni F-35-lərin alınması nəzərdə tutulub. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31