"Heç vaxt yağ yemirəm" - Manana formada qalma sirrini açdı
Əməkdar artist Manana illərdir eyni bədən formasında qalmasının sirrini açıqlayıb. "Faydalı saat" proqramına qonaq olan müğənni yağlı yemədiyini söyləyib:
12 Mart 2019 10:49 MədəniyyətƏməkdar artist Manana illərdir eyni bədən formasında qalmasının sirrini açıqlayıb. "Faydalı saat" proqramına qonaq olan müğənni yağlı yemədiyini söyləyib:
"Səhərimi gülməklə, dua ilə açıram. Bəxtəvər insanam. Elə bir həyat yoldaşı qismətimdir və gözəl övladlarım var.
Formada qalmağıma səbəb genetikamdır. Atam hər zaman formada olub, idmanla məşğul olurdu. Qurman deyiləm, yemək tərəfdən kaprizim yoxdur. Amma yağlı yeməklərdən istifadə etmirəm. Buna görə də arıq qalıram. Bir də mən heç vaxt tələsə-tələsə yemirəm". Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31