Ankarada  “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans

Ankaranın Qazi Universitetinin Rəsm-İş bölümü və Türk Sanat Toplumunun təşkilatçılığı ilə “Azərbaycanın qəhrəman qadınları” adlı konfrans keçirilib. Universitet tərəfindən artıq IV dəfə təşkil olunan ənənəvi “Türk millətinin Alp qadınları” layihəsinin çərçivəsində keçirilən konfrans bu il xalqımızın qəhrəman qadınlarına həsr olunub.

Ankaranın Qazi Universitetinin Rəsm-İş bölümü və Türk Sanat Toplumunun təşkilatçılığı ilə "Azərbaycanın qəhrəman qadınları" adlı konfrans keçirilib. Universitet tərəfindən artıq IV dəfə təşkil olunan ənənəvi "Türk millətinin Alp qadınları" layihəsinin çərçivəsində keçirilən konfrans bu il xalqımızın qəhrəman qadınlarına həsr olunub.

Olaylar.az bildirir ki, konfransda ADMİU-nun nümayədələri aktiv iştirak ediblər. Tədbirin açılışında Qazi Universitetinin Rəsm-İş bölümünün müdiri professor Alev Kuru Çakmakoğlu, Azərbaycanın Türkiyədəki Səfirinin xanımı Zümrüd İbrahim, Təhsil müşavirimiz Nəcibə Nəsibova çıxış ediblər. Konfransın birinci panelində professor Aybəniz Kəngərli-Əliyevanın "Azərbaycan nağıllarında qəhrəman qadın obrazları" məruzəsi təqdim olunub. Daha sonra ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova "Təsviri sənətdə Tomris hökmdarın ikonoqrafiyasına dair" adlı məruzə ilə çıxış edib. İkinci paneldə ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Azərbaycanın qəhrəman qadınları" məruzəsi izləyicilərə təqdim olunub. Qazi Universitetinin professor-müəllim və tələbə həyəti məruzələri maraqla dinləyib, daha sonra Sevil Kərimova dinləyicilərin suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31