“Reinkarnasiya 5” layihəsi çərçivəsində “Zamanla üz-üzə”

“Reinkarnasiya 5” layihəsi çərçivəsində reallaşan “Zamanla üz-üzə” sərgisi Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilib. Bu sərgi vasitəsilə Qobustan mövzusuna aid 60-dək orijinal iş nümayiş olunub. Olaylar.az bildirir ki, bu sözləri martın 12-də Muzey Mərkəzində sözügedən sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. O bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilib, müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib.

"Reinkarnasiya 5" layihəsi çərçivəsində reallaşan "Zamanla üz-üzə" sərgisi Azərbaycan Rəssamlar İttifaqının üzvləri tərəfindən təşkil edilib. Bu sərgi vasitəsilə Qobustan mövzusuna aid 60-dək orijinal iş nümayiş olunub.

Olaylar.az bildirir ki, bu sözləri martın 12-də Muzey Mərkəzində sözügedən sərginin açılış mərasimində Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib. O bildirib ki, sərginin reallaşması üçün Rəssamlar İttifaqı tərəfindən qoruq rəhbərliyinə müraciət edilib, müraciətə tez bir zamanda müsbət cavab verilərək təşkilati dəstək göstərilib.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədinin Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya maraq yaratmaq olduğunu söyləyən V.İsayev vurğulayıb ki, sərgi qoruğun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə ərsəyə gəlib. Qeyd edib ki, sərgidə rəsm əsərləri, heykəltəraşlıq və keramika, videoinstalyasiya formatında olan sənət əsərləri yer alır.

Sərginin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq bildirən nazir mədəniyyət ictimaiyyəti adından son günlər mədəniyyət və incəsənət sahəsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov layihənin əhəmiyyətindən danışıb, belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib.

Əməkdar incəsənət xadimləri Rafiq Kərimov, Ziyadxan Əliyev və başqaları çıxış edərək layihə ilə bağlı fikirlərini bölüşüb, iştirakçılara təşəkkürlərini bildiriblər.

Sonra qonaqlar martın 14-dək davam edəcək sərgi ilə tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31