Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi qeyd olunub

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin qeyd olunması ilə əlaqədar Tədbirlər planı hazırlanıb.

Olaylar.az bildirir ki, tədbirlər planının icrası ilə əlaqədar kitabxananın əməkdaşları görkəmli ədibin Fəxri Xiyabandakı məzarını ziyarət edib. Daha sonra kitabxanada  təşkil olunan "Cəlil Məmmədquluzadə - 150" adlı kitab sərgisinə  baxış keçirilib.

12 mart 2019-cu il tarixində "Cəlil Məmmədquluzadə irsi" adı altında söhbət-mühazirə təşkil olunub. Kitabxananın mədəni-kütləvi tədbirlər şöbəsinin müdiri Qənirə Mustafayeva "Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran yazıçı" adlı mühazirəni iştirakçılara təqdim edib. Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin kitabxana fondu və  kataloqlar üzrə laboratoriyanın müdiri Safura Hacıyeva,  həmin fakültənin tələbələri Cəlil Mustafa və Jalə Aslanlı mövzu ətrafında çıxışlar edib.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə Gənclər Kitabxanası tərəfindən təşkil edilən tədbirlər il ərzində davam edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31