Muğam Mərkəzində  elmi seminar keçiriləcək

Martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin  “Dəyirmi masa”layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi ” mövzusunda elmi seminar keçiriləcəkdir.

Martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin  "Dəyirmi masa"layihəsi çərçivəsində "Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi " mövzusunda elmi seminar keçiriləcəkdir.

Olaylar.az bildirir ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir.  Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaratmışdır.

Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə  Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə  Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. 

Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminar mühüm kəsb edir. Qeyd edək ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər. 

Qeyd etmək lazımdır ki, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31