“Windows” sistemində boşluq

"Kasperski laboratoriyası" “Windows” əməliyyat sistemində naməlum boşluq aşkar edib. Şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya “qurban”ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.

"Kasperski laboratoriyası" "Windows" əməliyyat sistemində naməlum boşluq aşkar edib. Şirkətin saytında dərc edilmiş məlumata görə, hakerlər həmin boşluğun köməyi ilə şəbəkə və ya "qurban"ın qurğusu üzərində tam nəzarəti ələ keçirə bilərdilər.
 
Bu boşluqdan istifadə etmək üçün kibercinayətkarlar şəbəkə hücumlarının həyata keçirilməsi proqramını yazıblar. Proqram "Windows 8" və "Windows 10" əməliyyat sistemlərini hədəf alıb.
 
Boşluq haqqında informasiya "Microsoft" şirkətinə göndərilib. ABŞ şirkəti artıq yeniləmə çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31