Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
Martın 18-də Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir; 1901-1979) vəfatının 40 ili tamam olur. Olaylar.az bildirir ki, bu münasibətlə millət vəkilləri, musiqi ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər. Xanəndənin məzarı önünə tər çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad olundu.
18 Mart 2019 17:05 MədəniyyətMartın 18-də Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin (İsfəndiyar Aslan oğlu Cavanşir; 1901-1979) vəfatının 40 ili tamam olur.
Olaylar.az bildirir ki, bu münasibətlə millət vəkilləri, musiqi ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər. Xanəndənin məzarı önünə tər çiçək dəstələri qoyularaq xatirəsi ehtiramla yad olundu.
Anım mərasimində çıxış edən millət vəkili, akademik Rafael Hüseynov ustad sənətkarın həyat və fəaliyyətindən danışdı. Bildirdi ki, Xan Şuşinski milli musiqi tariximizdə özünəməxsus, şərəfli yer tutur. O, hələ yeniyetmə vaxtlarından xanəndəliyə başlayıb, tanınmış sənətkar İslam Abdullayevdən dərs alıb.
Xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. Yaradıcılıqla məşğul olduğu 60 ilə yaxın vaxt ərzində öz sənəti ilə xalqına xidmət edib.
Akademik Rafael Hüseyn çıxışının sonunda onu da vurğuladı ki, Xan Şuşinski kimi sənətkarların doğum tarixi olur, ölüm tarixi yox: "Belə sənətkarlar öz istedadları ilə əbədiyaşarlıq qazanırlar. Xan əminin cismən aramızdan ayrılmasından 40 il ötməsinə baxmayaraq, o, heç vaxt səhnəmizi tərk etməyib. Onun ifaları daim səsləndirilib, bundan sonra da səsləndiriləcək".