"Testene Art Baku" III Beynəlxalq İncəsənət festivalı – Qala konsert

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival - müsabiqə qaliblərinin mükafatlandırılması və Qala konserti keçirilib. Olaylar.az bildirir ki, festival - müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre (Moskva), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Lüdmila Sinyaqovsakaya (Sankt Peterburq),İzdenova Bibigül (Qazaxıstan), Fyodorova Gülnara (Moskva), Ağaverdi Paşayevdən (Bakı) ibarət münsiflər heyətini təqdim edib.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival - müsabiqə qaliblərinin mükafatlandırılması və Qala konserti keçirilib.

Olaylar.az bildirir ki, festival - müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre (Moskva), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Lüdmila Sinyaqovsakaya (Sankt Peterburq),İzdenova Bibigül (Qazaxıstan), Fyodorova Gülnara (Moskva), Ağaverdi Paşayevdən (Bakı) ibarət münsiflər heyətini təqdim edib.

Münsiflər heyəti çıxış edərək qalibləri təbrik edib.Sonra qaliblərə kubok, diplom və medallar təqdim olunub. Hər yaş qrupu üzrə ayrı-ayrılıqda I ,II, III yerlər müəyyən edilib. Qran Pri mükafatına ən yüksək balla Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Hacılı Nəcəf ( 17-19yaş qrupu) layiq görülüb və İtaliyada keçiriləcək "Pokaji sebya miru" festival - müsabiqəsinə vəsiqə qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31