Nazir media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. Olaylar.az bildirir ki, tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-nin müxtəlif dövlət qurumları ilə birgə həyata keçirdiyi işlərdən danışıb. Bildirib ki, ötən 10 il ərzində Fond tərəfindən xeyli iş görülüb. Jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri xüsusi qeyd etmək olar. Fond ildə üç dəfə - Novruz bayramı, milli mətbuatımızın yaranması günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müsabiqələr keçirir. Budəfəki müsabiqədə 54 KİV-dən 145 jurnalist iştirak edib. Onlardan 114-ü mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək KİVDF-nin milli mətbuatımızın həyatında əhəmiyyətli rol oynadığını bildirib. 

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüblər.

Nazir Əbülfəs Qarayev bu gün ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31