Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri ADU-da olub

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb. Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib:

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Daiana Cuibusla görüşüb.

Rektor qonaqları rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu diqqətə çatdırıb. Martın 16-da ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əlaqələr üçün müsbət addım kimi dəyərləndirən Kamal Abdulla mərkəzin uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib:

"Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinin yaradılması faydalı işgüzar əlaqələrə gətirib çıxaracaq. Bizim universitetdə 20-ə yaxın ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların hər biri təmsil etdikləri ölkələrin universitetləri ilə sıx əlaqədədirlər. Biz eyni zamanda Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını planlaşdırırıq".

Rumın Dili və Mədəniyyəti İnstitutunun rəhbəri Diana Cuibusl rəhbərlik etdiyi institutun bütün dünyada rumın dili və mədəniyyəti üzrə ixtisaslaşdığını diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31