Gündəm

Həbsdə olan qadın Öcalana görə intihar etdi

23 Mart 2019 20:38

PKK terror təşkilatının lideri Abdullah Öcalan üçün həbsdə olan bir qadın intihar edib. Gabze həbsxanasında olan PKK-lı Aytən Beçet Öcalan üzərindəki təcridin qaldırılması tələbi ilə intihar edib.

Məmmədyarov uruqvaylı həmkarı ilə görüşdü

23 Mart 2019 20:37

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub. İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.

1300 nəfərin həyatı təhlükədə - Həyəcan

23 Mart 2019 20:31

Nəhəng səyahət gəmisi Norveç sahillərində həyəcan siqnalı verib. Gəmidə 1300 sərnişinin olduğu qeyd edilib. Həyəcan siqnalına gəminin motorunda yaranan problem səbəb olub. Sərnişinlərin təxliyə ediləcəyi bildirilir.

Aydın Xırdalanlı vəfat etdi

23 Mart 2019 20:28

Respublika uşaq rəsm müsabiqəsi başa çatdı

23 Mart 2019 18:15

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin 12-17 yaş arası uşaqlar arasında olan hissəsi başa çatıb.

Meksika Senatında Novruz Bayramı təntənəsi

23 Mart 2019 17:50

Meksika Birləşmiş Ştatları Senatı binasında “Beynəlxalq Novruz Bayramı Günü” təntənəli şəkildə qeyd olunub. Olaylar.az bildirir ki, tədbir Meksika Senatının Xarici Əlaqələr Komissiyasının təşkilatçılığı və Azərbaycan, İran, Pakistan, Türkiyə və Gürcüstan Səfirliklərinin dəstəyi ilə keçirilib.

Kaliforniyada Novruz bayramı

23 Mart 2019 17:22

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı 15-16 mart 2019-cu il tarixlərində Kaliforniyanın San Dieqo  şəhərində təntənə ilə qeyd edilib. Olaylar.az bildirir ki, tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə San Dieqonun tanınmış Cafe 21 məkanında keçirilib. Bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak edib.

SON DƏQİQƏ: Türkiyədə daha bir zəlzələ

21 Mart 2019 13:43

Türkiyənin Malatya bölgəsində zəlzələ meydana gəlib. Yerli vaxtla saat 07.46-da baş verən yeraltı təkanların şiddəti 4,1 bal gücündə olub. Zəlzələnin episentri isə 5,3 km dərinlikdə qeydə alınıb.

Azercell daha bir uğura imza atdı

21 Mart 2019 13:41

“Azercell Telekom” MMC Day.Az Media Şirkətinin “Xalq seçimi” mükafatında “ Ən yaxşı mobil operator” adına layiq görüldü

Emma Ələkbərzadə Bakının məşhur restoranında ZƏHƏRLƏNDİ

21 Mart 2019 13:39

Müğənni Emma Ələkbərzadə zəhərlənib. Sənətçi bu haqda özünü sosial media hesabında informasiya verib. Bildirib ki, paytaxtın Bayıl ərazisində yerləşən "Riviera” restoranında salat yeyib. Bundan sonra onun halı psiləşib:

“Veysəloğlu” Qrup Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

21 Mart 2019 13:38

“Veysəloğlu” Şirkətlər Qrupu Novruz bayramı ərəfəsində özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində aztəminatlı ailələr və social qayğıya ehtiyacı olan vətəndaşlarla görüş keçirib.

Bakıda sərnişin avtobusu yandı

21 Mart 2019 11:01

Bakıda sərnişin avtobusu yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlum ata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

“Veysəloğlu” ittihamlara CAVAB VERDİ

21 Mart 2019 10:55

"Ümid edirik ki, nazirlik müraciətimizə obyektiv baxacaq" Bir sıra mənbələr Vergilər Nazirliyinin ölkənin ikinci böyük idxalatçı şirkəti olan Veysəloğlu Şirkətlər Qrupunu irihəcmdə cərimələməsinə dair məlumat yayıb.

Novruz bayramına həsr olunmuş poçt markaları

21 Mart 2019 10:54

Bu gündən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən Novruz Bayramına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb. Buraxılış 6 markadan ibarət kiçik vərəq formasındadır. Markalar "Bahar qızı" "Keçəl" və "Kosa" kimi Novruz atributlarına həsr olunub. Eyni zamanda, "Aşıq", "Səhəngli qız" və "Yuxayayan qız"  adlandırılan personajlar da bayram markaları silsiləsinə daxil edilib.